backend

Partiyalara 1 milyon, ictimai birliklərə 900 min, parlamentə 1,9 milyon…



“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan qəbul edilib.

AzPolitika.info xəbər verir ki, maliyyə naziri Samir Şərifov dəyişikliklər haqda məlumat verib. Nazir bildirib ki, büdcə layihəsinə yenidən baxılıb və bir sıra istiqamətlərə əlavə maliyyə ayrılması mümkün hesab olunub.

Onun sözlərinə görə, siyasi partiyaların maliyyələşməsinə əlavə 1 milyon manat ayrılaraq 4 milyon çatdırılır: “İctimai birliklər 900 min manat ayrılaraq 5,5 milyona çatdırılır. Milli Məclisin maliyyə təminatı üçün ayrılan vəsaitin isə 1,9 milyon manat artırılması təklif olunub”.