backend

Göyçay sakini niyə sosial yardım ala bilmir?

Göyçay sakini niyə sosial yardım ala bilmir?
"Get hara istəyirsən şikayət et xahişin başqalarına getməsin mən burada xüsusi notariusam"

Redaksiyamızın elektron ünvanına gələn şikayəti olduğu kimi sizə təqdim edirik: “Göyçay Rayon Xüsusi Notariusu Polad Nəcəflinin qanunsuzluğu və özbaşınalığı nəticəsində yoxsulluq həddində yaşayan ailəmə Ünvanlı Sosial Yardım verilmədi ki, nəticədə çox əziyyət çəkirik. Beləki mərhum qaynatamın avtomobilini idarə etmək üçün mənə verdiyi etibarnaməni ərizəm əsasında Göyçay Rayon Notariusu Polad Nəcəfli 08 May 2014-cü il tarixdə ləğv etsədə, qanunda göstərilən qaydada bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi olaraq məlumat vermədiyi üçün Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ailəmə Ünvanlı Sosial Yardım verməmişdir. Əsas isə göstərilmişdirki adınıza avtomobil idarə etmək üçün etibarnamə var və ləğv edilməmişdir. Bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsindən ərizələrimə cavab olaraq göndərilən məktublarda qeyd edilib ki," Göyçay Rayon Notariusu Polad Nəcəfli tərəfindən həmin etibarnamənin ləğv edilməsi barədə bizə müvafiq məlumat daxil olmamışdır". Mən buna görə Göyçay Rayon Xüsusi Notariusu Polad Nəcəflinin qəbulunda olanda mənə qarşı çox kobudluq edib həyasızcasına qışqırdı, "get hara istəyirsən şikayət et xahişin başqalarına getməsin mən burada xüsusi notariusam". Bildirirəm ki. etik davranış qaydalarına riayət etməyən Polad Nəcəflinin qanunsuz, özbaşına hərəkətlərindən vətəndaşlar çox əziyyət çəkirlər. Qanunda nəzərdə tutulan məbləğdən qat-qat çox rüsum haqı alır ki. bu rüşvətdir.Bu adam barədə qanunu tədbir görülmədiyindəndir ki, vətəndaşların cibini soyur və mənim kimi pul verməyə imkanı olmayanlarla insanlığa yaraşmayan tərzdə kobud rəftar edir. Nəticədə də belə harınlamış, korrupsiyaya qurşanmışın qanunsuz əməlinə görə 6 nəfərlik ailəmə düşəcək sosial yardımdan mərhum olduq və bunun üçün yoxsulluq həddindəyik. Bunu heç Allahda götürməz. Biz Göyçay Rayon Xüsusi Notariusu Polad Nəcəflinin qanunsuz hərəkətləri barədə Prezidentə, Ədliyyə Nazirinə və digər aidiyyatı orqanlara şıkayət ərizələri ilə müraciət etmişik. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Notariat baş idarəsinin rəisi cənab İlqar Məmmədova müraciət edirəm. Hörmətli Cənablar Göyçay Rayon Xüsusi Notariusu Polad Nəcəflinin fəaliyyətini hərtərəfli obyektiv araşdırılıb barəsində qanunu tədbirlər görməyinizi xahiş edirəm. Bu adam kobud rəftarları, qanunzuz və özbaşına hərəkətləri ilə ədliyyə adına ləkə gətirir. Xahiş edirəm onun barəsində ciddi ölçü götürün”.