backend

"Insanın taleyinə belə biganə yanaşmaq olmaz" - ANA HAQQI MÜDAFİƏ ETDİ


Bakıda qızıl alverçilərinin pul mübahisəsi sonda cinayət işi ilə nəticələnib və tərəflərdən biri bu işə nəzarət edən prokuror, deputat Çingiz Qənizadənin oğlu Elgiz Qənizadədən narazı qalıb.

Şikayətci Mətanət Əyyubovanın ölkə mətbuatına acıqlamasına münasibət bildirən Zülfünaz Abasquliyeva BİA.az saytına bildirib:"Qafqaz.info sayıtında Murad Əhmədin imzası ilə dərc olunmuş, "Məhkəmə Deputatın Prokror oğlunun ləğv etdiyi qərarı bərpa etdi" adlı yazını oxuyarkən adamda elə təssəvvür yaranır ki, respublikamızın hüquq mühafizə orqanları qanunun keşiyində durmaq əvəzinə, qanunu pozmaqla məşğuldur. Əlbəttə ki, bu belə deyil, mən həmin məqalədə adı keçən Gözəlin anasıyam o mənim yeganə övladımdır. O, körpə yaşlarından atasını itirib. Onun gəncliyindən və təcrübəsizliyindən istifadə edərək, bir qrup şəxs onu çətin vəziyyətə saldılar və biz bu ziyan çəkmiş insanların ziyanını ödəməklə məşğuluq. Amma Murad Əhməd işin məğzindən xəbərsizdir, bir kiçik məqalədə o gah mənim qızımı Abbasquluyeva kimi, gah da, Abdullayeva kimi təqdim edir, dəymiş ziyanı da müxtəlif rəqəmlərlə ifadə edir. Mən anayam, Gözəl mənim yeganə övladımdır. Axı, insanın taleyinə belə biganə yanaşmaq olmaz. Yaxşıki, hələ cəmiyyətimizdə haqq və ədalət prinsiplərini qoruyan huquqşünaslarımız var. Binəqədi rayon Prokuorunun köməkcisi Elgiz müəllim kimi insanlar həmişə xalqın, haqq və ədalətin yanındadırlar.Çünki belə insanlar ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıblar. Mübarizə apardıqları bir sahə olub, o da onlara tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdırlar. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır."


QAYNARXETT.AZ