backend

“Bağdadi nə qədər zərər verirdisə, Süleymani də bir o qədər zərər verirdi” – İLAHİYYATÇI



“Qasım Süleymaninin öldürülməsi dünya siyasəti aləmində birmənalı qarşılanmadı, baxmayaraq ki Süleymani qərb üçün əhəmiyyətli obraza malik düşmən sayılırdı. Məsələn, ABŞ Konqresinin spikeri bunu səhv addım saydı, BMT rəsmiləri də Süleymaninin öldürülməsini yeni konfliktlərə səbəb olacağını bildirdi, həmçinin Rusiyanında mövqeyi məlum.

ABŞ prezidentlərinin hər biri bundan çəkiniblər, lakin Tramp onun öldürülməsi üçün düşünmədən əmri verdi. Tramp ümumiyyətlə öncəki prezidentlərin risk etmədiklərini gözə alan dövlət başçısı kimi tarixə düşdü. O gözlənilməz qərarlardan biri Qüdsün İsrail paytaxtı kimi qəbul olunması və “erməni soyqırımı”nın qəbulunda rolu olan prezident oldu”.

Sozcu.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirəkən deyib:

“Mənim şəxsi fikrimi bilmək istəsəniz Qasım Süleymani şiələr üçün vacib fiqur olsa da, regionda sabitliyin pozulmasında bir o qədər də əli olan qatı məzhəbçi dindar idi. Konfliktləri pik səviyyəyə sürükləyənlər məhz bu kimi şəxsiyyətlər olub. İŞİD lideri Bağdadi nə qədər zərər verirdisə. Süleymani də bir o qədər zərər verirdi. Süleymani İraq vətəndaşı deyil, lakin İraq şiələrini sünnilərə qarşı qaldıran fiqur olmaqla bərabər, Səddam Hüseynin məhvindən sonra İraq hakimiyyətinin qurulmasında əli olan şəxs idi.

Ancaq heçnə dəyişməyəcək, Süleymani öldü, Xamneyi başqasını təyin edəcək, konfliktlər əvvəlkindən daha böyük olacaq, zərər görən isə dinc əhali olacaq”.

Qeyd edək ki, Pentaqon Q.Süleymaninin Prezident Donald Trampın təlimatı ilə öldürüldüyünü təsdiq edib. Generalın ölümündən sonra D.Tramp Tvitter hesabında ABŞ bayrağının fotosunu paylaşıb.