backend

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən gənc iqtisadçının namizədliyi təsdiqləndi - UGUR OLSUN!

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən gənc iqtisadçının namizədliyi təsdiqləndi - UGUR OLSUN!
Tanınmış marketinq mütəxəsisi Ayaz Qocamanovun növbədənkənar parlament seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınıb. Bu barədə Bia.az-a gənc iqtisadçı özü məlumat verib.

A.Qocamanov bildirib ki, imzatoplama proseduru 10 gün ərzində həyata keçirilib: “Təcrübəli komanda üzvlərim əksər kəndlərdə oldu, imzatoplama işini uğurla apardı. Bu həm də bizə seçicilərimizlə ünsiyyət qurmaq imkanı yaratdı”.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən iddialı namizəd hesab olunan Ayaz Qocamanov bildirib ki, bu günlərdə Ağsu rayonunun mərkəzində və kəndlərdə Seçki Qərargahı yaradılacaq: “Artıq bir neçə məkan müəyyənləşdirilib. Komandamızın rahat fəaliyyəti, seçicilərimlə görüş üçün bütün lazımı şərait qurulacaq”.

Bütün namizədləri özünə ciddi rəqib hesab edən Ayaz Qocamanov imzatoplamada dəstək olan hər kəsə təşəkkürünü bildirib, namizədlərə seçki təbliğatı zamanı səmimi, şəffav və düzgün mübarizə aparmalarını arzu edib.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış merketinq mütəxəsisidir.


Qaynarxett.az