backend

Oğuzun icra başçısı dövlətə qarşı çıxır - FOTO



Oğuz rayonunun Filfilli kəndindəki 18 saylı Seçki Məntəqəsinin sədri Dağlar Cabbarovu ərizə yazaraq işdən çıxmağa kim və niyə məcbur edib?

Yanvarın 8-də yazdırılan ərizəyə hələ tarix qoyulmayıb. Səbəb isə…???

Xəbər verdiyimiz kimi Bələdiyyə seçkilərindən öncə mətbuat səhifələrində bir neçə icra başçısının seçkilərin nəticələrinə təsir göstərmək üçün hərəkətə keçdiyi və özlərinin yeni və köhnə “kadr”larının “qutudan çıxması”na çalışdıqları bardə məlumatlar yayıldı. Biz də “Kanal32” olaraq dekabrın 22-də bu məlumatları dərc etdik və bildirdik ki, Bərdə, Oğuz, Şəki, Tovuz, Tərtər rayonlarında, Mingəçevir və Gəncə şəhərlərində kimlərin Bələdiyyə sədri olması artıq məlumdur. Seçkilərə müdaxilədə adı hallanan icra başçılarından biri də Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov idi. Məlumat verən mənbə iddia edirdi ki, Eyvaz Qurbanov rayonunun Filfilli kəndinin 62 yaşlı Bələdiyyə sədri Akif Nəsirovun yenidən sədr olması üçün əlindən gələni edəcək.

Bu günlərdə aldığımız məlumatlar həmin iddianın doğru olduğunu təsdiqləməkdədir. Belə ki, kənd sakinlərinin iradəsi və komssiya sədrinin qanuni fəaliyyəti nəticəsində Filfilli kəndində başçının “Akif sevadası” baş tutmayınca təzyiqlər biri-birini əvəzləməyə başlayıb. Hətta,özbaşınalıq və qanun pozuntuları o həddə çatıb ki, seçkilərdə uğur qazanmış gənclər hədələnir, izlənir, valideynlərinə təzyiqlər edilir. Hətta,onların yaxın günlərdə şərlənməyəcəyinə isə heç kim zəmanət verə bilməz. Çünki bu ehtimalı böyükdür.

Mənbənin iddiasına görə,təzyiqlər bilavasitə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və YAP rayon təşkilatlarının sədri, icra hakimiyyətinin Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Saleh Məhərrəmov tərəfindən edilir.

Onu da qeyd edək ki,”Azərbaycan Bələdiyyəsi” qəzetinin (azbelediyye.az saytının) müxbiri İxtiyar Həsənli seçki günü Filfilli kəndində yerləşən 18 saylı Seçki Məntəqəsində olarkən Oğuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Saleh Məhərrəmovun Bələdiyyə sədri Akif Nəsirovla bir neçə dəfə telefon danışığını şəxsən eşidib. Hətta, Bələdiyyə sədri Akif Nəsirov tez-tez seçkinin gedişi ilə bağlı onu məlumatlandırıb,jurnalistlərin məntəqədə olmasından və müşahidəçilərin prosesi nəzarətdə saxlamasından ciddi narahatlığını ifadə edib.

Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilmiş rəsmi məlumatda Filfilli kəndinin 7 nəfərlik Bələdiyyə üzvləri içərsində köhnə sədr Akif Nəsirov axırıncı yerdə qərarlaşıb.

Bir sözlə, icra başçısı seçicilərin ortaya qoyuduğu iradəni və mövcud reallığı həzm edə bilmir. Əgər bu situasiyanın başqa adı varsa,buyurun siz deyin…

Görünən odur ki, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ölkə başçısı Cənab İlham Əliyevin seçiklərlə bağlı imzaladığı sərəncam və göstərişlərdən ya xəbərsizdir, ya da…

İcra başçıları hələ də anlamırlar ki, ”Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli Sərəncamının 2-ci hissəsində deyilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

Dəfələrlə icra hakimiyyətinin saytında yer alan rəhbər şəxslərin telefon nömrələrinə zəng etsək də,iş vaxtı olmasına baxmayaraq zənglərimiz cavabsız qaldı. Bütün hallarda Oğuz Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini dərc etməyə hazırıq.

Redaksiyaya daxil olmuş video və auido yazılarda yer alan faktların araşdırılması və dəqiqləşdirlməsi gedir.Odur ki,saytımızı izləməyi unutmayın…ARDI OLCAQ…

Mənbə:Kanal32.az