backend

ŞOK!!! İranda NƏ BAŞ VERİR? - Qasım Süleymaninin qızı hökumətə MEYDAN OXUDU!



Qasım Süleymaninin qızı cümə namazı vaxtı məscidə gəldi və əlində silah kürsüyə çıxdı : İran hökumətindən atasının qisasını tələb etdi

İran İnqilab Keşikçiləri Korpusunun Qüds gücləri taborunun öldürülmüş komandiri general Qasım Süleymaninin qızı Zeynəb Süleymani Kirman şəhərindəki məscidlərdən birinə gələrək cümə namazı vaxtı əlində silah kürsüyə qalxıb.

Avropa.info xəbər verir ki, ABŞ-ı dövlət terrorunda ittiham edən Zeynəb Süleymani, atasının 40 illik xidməti dövründə ali dini liderin rəhbərliyi altında ölkəsinə xidmət etdiyini bildirərək, İran hökumətindən onun qisasının alnmasını tələb edib.


Qeyd edək ki, Zeynep Süleymani atasının öldüyü xəbərini alandan bu yana dəfələrlə İran hökuməti və Livan Hizbulahından onun qisasını almağı tələb edib. Zeynəb Süleymani, hətta atasının ölüm xəbərindən sonra evlərini ziyarət edən İran prezidenti Həsən Ruhaniyə kameralar önündə "atamın qisasını kim alacaq" sualı vermişdi. İran prezidenti cavabında "narahat olmayın, sui-qəsdin qisası alınacaq" cavabı vermişdi.


Bir neçə gün öncə İran ABŞ-ın İraqda yerləşən iki hərbi bazasına 10-dan çox raket atdı. Lakin, bu raket atışları nəticəsində ABŞ əsgərlərinin xəsarət almadığı üzə çıxdı. Beynəlxalq ictimaiyyət İranın raket atışlarının adekvat olmadığı fikirindədir. Zeynəb Süleymaninin bu gün atasının qisasını tələb etməsindən görünür ki, o da İranın Qasım Süleymani üçün yetərli qisas almadığını düşünür.