backend

SON ANDA! Kasıblara bəd xəbər - YENƏ QİYMƏT ARTIMI... -



Xəbər verdiyimiz kimi, "Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Əsas təkliflər ölkədə göstərilən universal poçt xidmətlərinin subsidiyalaşdırılmasının dayandırılması və tariflərin poçt operatorları tərəfindən sərbəst təyin olunmasıdır.

Bu qərar poçt xidməti qiymətlərinin bahalaşmasına səbəb ola bilərmi?

Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan iqtisadçı ekspert Akif Nəsirli qiymət bahalaşmasının gözlənilən olduğunu deyib:

“Poçt tək Azərbaycanda deyil, bütün dünyada ənənəvi xidmət növlərindəndir. Bütün dünyada poçtun həm dövlət strukturları, həm də özəl strukturları var. Avropa ölkələrində əsasən poçt xidməti özəldir. Hesab edirəm ki, iqtisadiyyatın inkişafı baxımından, modernizasiya baxımından bu proqressiv bir addımdır. Biz modernləşmiş bazar iqtisadiyyatına doğru gediriksə, bütün xidmətlərin ən azı özəl alternativləri olmalıdır, tamamilə özəlləşdirilsə, daha yaxşı olardı.

Bu təqdirəlayiq addımdır, amma müəyyən qiymət artımına səbəb olacaq. Lakin məsələ burasındadır ki, bu poçt xidmətləri arasında rəqabət mühiti formalaşsa, bu proses xidmətləri də ədalətli bazar qiymətinə çevirəcək. Qiymətin ən ədalətli nizamlayıcısı azad rəqabətdir. Bu özəl operatorlar işə düşdükdən sonra biz bazarın rəqabət mühitini nizamlaya biləcəyiksə, o xidmətlərin də qiyməti normal məcraya düşəcək. Hesab edirəm ki, hökumətin hazırda göstərdiyi bütün xidmətlər özəlləşdirilməlidir”.