backend

İrandan şok İŞİD iddiası: "Əlimizdə sənədlər var"

İrandan şok İŞİD iddiası: "Əlimizdə sənədlər var"














İŞİD terror qruplaşması ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən qurulub. Bunu sübut edən sənədlər var.

Belə bir iddia ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Məsud Cəzairi çıxış edib.
İraq və Suriyanın bir hissəsini işğal edən və hazırda Yaxın Şərqdə sülhə ən böyük təhdid sayılan İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın keçirdiyi hava əməliyyatlarının görüntü xarakteri daşıdığını deyən iranlı general bildirib ki, Qərb ölkələri terror qruplaşmasını silah və hərbi formalarla təmin etməyə davam edirlər.
İŞİD-lə mübarizədə Tehranın roluna toxunan Cəzairi İraqdakı terrorun kökünü kəsmək üçün İranın öhdəlilikləri çərçivəsində kömək etdiyini deyib.
İran sentyabr ayında ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün mümkün əməkdaşlıq təklifini rədd etmişdi və ABŞ-ın Yaxın Şərqdə sülhün əldə olunmasında səmimi olmadığını bəyan etmişdi.
Qeyd edək ki, Rusiya və İran kəşfiyyatı İŞİD sıralarında yüksək rütbəli komandirlərin bir çoxunun CİA ilə əməkdaşlıq etdiyini dəfələrlə bəyan ediblər.