backend

Raqif NAZİMOGLU: "Ümid edirəm ki, əvvəlki seckilərdə mənə etimad göstərmiş coxsaylı secicilərim yenidən eyni seçimi edəcəklər".



Tanınmış şair-publisist, hüquqşünas, Real Press qəzetinin baş redaktoru Raqif Nazimoglunun namizədliyi qeydə alınıb.

Bununla bağlı Bia.az-a açıqlama verən Raqif Nazimoglu bildirib ki, Prezident İlham Əliyevin çağırışı ilə vətənini, millətini sevən bir ziyalı olaraq yenidən namizəd olmaq qərarını verib:

"20015-ci ildə 87 saylı Agsu-İsmayıllı dairədən deputatlığa namizəd olmuşdum. İndi yenidən seçkilərə qatılmaq qərarını verdim.

Əvvəlki seckilərdə bir sıra qanun pozuntuları olldugundan seckiyə inamım azalmışdı. Lakin indi secicilərimə inamlıyam və Prezidentimin çağırışına söykənərək bu seçkilərdə yenidən 87 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm.

Ümid edirəm ki, əvvəlki seckilərdə mənə etimad göstərmiş coxsaylı secicilərim yenidən eyni seçimi edəcəklər".


QAYNARXETT.AZ