backend

"Daha güclü, daha varlı, demokratik Azərbaycan uğrunda!" - Şəhla Eyvazova



87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Eyvazova Şəhla Şakir qızının seçicilərə müraciəti.

Hörmətli Seçicilərim!

Ata yurdum Ağsudan deputatlığa namizədliyimi imzalamagınıza, etibarınıza və inamınıza görə hədsiz minnətdaram. Xoşbəxtəm ki, Sizin qulluğunuzda duracağam. Sizinlə 5 il bir yerdə qələbəyə doğru birgə addımlayacağıq. Mənim devizim: Hər bir ağsulunun problemi mənim problemimdir. Daha güclü, daha varlı, demokratik Azərbaycan uğrunda mübarizə aparmaqdır.

Qeyd edim ki, xüsusi platforma hazırlamamışam. Bu rayonda doğulub boya-başa çatdığımdan rayonumuzun həyatında baş verən uğurları da, ciddi problemləri də hər biriniz kimi mən də bilirəm. Bu problemlərlə bağlı mövqeyimi Paltformamın müddəalarından oxuyacaqsınız. Amma əsas platformamı, Əziz Seçicilər, təkliflərinizlə siz yazacaqsınız.