backend

"Hər bir ağsulunun problemi mənim problemimdir" - Gənc namizəd ŞƏHLA EYVAZOVA finişə dogru inamla addımlayır

"Hər bir ağsulunun problemi mənim problemimdir" - Gənc namizəd ŞƏHLA EYVAZOVA finişə dogru inamla addımlayır

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Eyvazova Şəhla Şakir qızı keçən həftənin son üç günü namizəd olduğu dairədə seçicilərlə davamlı görüşlərini keçirib. Bu görüşlərlə bağlı danışan Şəhla Eyvazova aşağıdakıları bildirib:

- Dögma Ağsu camaatına dərin minnətdaram, məni hər yerdə isti nəfəslə qarşılayır, böyük coşqu ilə dəstək verirlər. İndiyədək 25 kənddə görüşüm olub. Deputatlığa namizəd kimi mənə etibarına və inamınına görə onlara hədsiz minnətdaram. Xoşbəxtəm ki, mən belə səmimi insanların qulluğunda duracağam. Mənə etimad göstərilsə 5 il bir yerdə qələbəyə doğru birgə addımlayacağıq. Mənim devizim: Hər bir ağsulunun problemi mənim problemimdir. Daha güclü, daha varlı, demokratik Azərbaycan uğrunda mübarizə aparmaqdır.

“Qaynarxett.az”ın məlumatına görə, Agarx, Bozavand, Rəhimli kənd seçiciləri ilə səmimi söhbət edən Ş.Eyvazova seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planları barədə ətraflı məlumat verib.

O, qeyd edib ki, millət vəkili secilərsə bütün seçiciləri üçün əlçatan olacaq və hər zaman ona göstərilən etimadı doğrultmağa çalışacaq. Paralel olaraq seçicilərlə ünsiyyəti yaxın etmək, onların müraciətlərini qəbul etmək üçün maraqlı təşəbbüslə çıxış edən namizəd seçiləcəyi təqdirdə ilk işlərinin sırasına bir cox sosial problemləri əlavə edəcəyini bildirib.

Həmçinin görüş iştirakçıları könüllü şəkildə fəal olaraq Ş.Eyvazovanın təbliğat-təşviqat kompaniyasına qoşulacaqlarını vəd ediblər. Öz növbəsində deputatlıga namizəd böyük bir komanda ilə prosesə qatıldıqlarını və müxtəlif sosial sorğular keçirərək insanları narahat edən problemləri araşdıraraq bildiklərini diqqətə çatdırıb və millət vəkili secilərsə müşahidə edilən problemləri aktiv şəkildə dövlət orqanları qarşısında qaldıracağını və yerli icra hakimiyyəti orqanları ilə onların həlli üçün çalışacaqlarını vurğulayıb.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Eyvazova Şəhla Şakir qızının təbligat-təşviqat kampaniyası uğurla davam edir.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən gənc deputatlığa namizəd kiçik sahibkardır.