backend

Zərdabın Şahhüseyinli kənd camaatı AYAGA QALXDI - Deputat Jalə Əliyevaya güvənib örüş sahəmizi zəbt ediblər.... -VİDEOLAR



Bia.az xəbər verir ki, Zərdab rayonunun Şahhüseyinli kənd camaatı ümumilikdə 200 hektardan cox örüş sahələrinin kənd sakinləri Kamil Heydərov, Zülfi Heydərov, Böyükəli Qarayev, Səfurə Pənahova, Mənsim Pənahov, baş aqronom Namıs adlı şəxslər şəxslər tərəfindən zəbt olunmasından fəryad edir. Kəndin örüş sahəsini rayon İH başcısının birinci müavini Rəhman Feyzullayev, müavin Pərvin Mahmudova, kənd icra nümayəndəsi Abubəkir İsayev, Baytarlıq idarəsinin müdiri Mənsim Pənahov, baş aqronom Namıs tərəfindən qanunsus olaraq satıldıgını deyən kənd sakinləri demək olar ki, bütün aidiyyatı qrumlara şikayət etsələr də hec bir tədbir görülmür. Kəndin icra nümayəndəsi Abubəkir İsayev isə kənd sakinlərini kecmiş deputat, hazırda 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlıga namizəd professor Jalə Əliyevanın adı ilə hədələyir.

Xatırladırıq ki, həmin mübahisəli örüş sahəsi barədə şikayət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göycay Regional Ədliyyə İdarəsi tərəfindən araşdırılmış və qanunsuz istifadəyə verilmiş bələdiyyə torpagının boşaldılması qərara alınsa da bələdiyyə sədri Abubəkir İsayev buna əməl etmir.

Bia.az həmin videoları təqdim edir.