backend

Özünə bahalı maşın alan İmamverdi İsmayılovun namizədliyi ləğv edildi - SENSASİON İDDİA



Gecə saatlarında İmamverdi İsmayılovun namizədliyini geri götürməsi ilə bağlı məlumat yayılıb

Qaynarxett.az "ixa.az"-a istinadən "Zəngilan-Qubadlı birliyi" adlı qrupun sosial şəbəkədə yaydığı həmin məlumatı təqdim edir:

"125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılovun namizədliyi ləğv edilib. Qeyd olunur ki,buna səbəb keçmiş deputatın seçki kampaniyası çərçivəsində apardığı təbliğat-təşviqat kampaniyası zamanı, rüşvət vermə, hədiyyələr göndərmə tipli seçkiyə zidd hallar olub.

Bundan başqa İmamverdi İsmayılovun təbliğat - təşviqat zamanıda çoxlu sayda etdiyi qanun pozuntuları ilə bağlı da Mərkəzi Seçki Komissiyasına şikayətlər edilib. Bu səbəbdən də İmamverdi İsmayılovun namizədliyinin ləğv olunması haqda qərar verilib.."

Qaynarxett.az