backend

“Hamını Oqtay Əsədova səs verməyə çağırıram” - Spikerin rəqibi geri çəkildi



45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov MSK-ya müraciət edərək, namizədliyini geri götürdüyünü bəyan edib.

F.Əhmədov MSK-ya və dairə komissiyasına ünvanladığı məktubda öz namizədliyini həmin dairədən namizəd olan Oqtay Əsədovun xeyrinə geri götürdüyünü qeyd edib.

F.Əhmədov seçicilərini O.Əsədova səs verməyə çağıraraq, qərarını belə izah edib: “Oqtay Əsədov uzun illər ölkə Prezidentinin yanında olaraq, dövlətə və dövlətçiliyimizə sədaqət prinsipləri əsasında şərəf və ləyaqətlə xidmət edib. Dediklərimi nəzərə alaraq, bütün potensial seçicilərimi 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa ən layiqli namizəd olan Əsədov Oqtay Sabir oğluna səs verməyə çağırıram!”