backend

SON DƏQİQƏ! Oqtay Əsədov infarkt keçirdi - namizədin vəziyyətinin ağır olduğu deyilir

SON DƏQİQƏ! Oqtay Əsədov infarkt keçirdi - namizədin vəziyyətinin ağır olduğu deyilir

Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.

İxa.az Turan-a istinadla xəbər verir ki, Əsədov fevralın 9-da, günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.Namizədin vəziyyətinin çox ağır olduğu deyilir.

Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. "Bizim bu barədə məlumatımız yoxdur", - xəstəxanadan bildirilib.