BU DAİRƏLƏRİN NƏTİCƏLƏRİ LƏĞV EDİLİR? - MSK-ya ciddi müraciətlər daxil olub

gundem / Siyasət 10-02-2020, 19:20


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun keçirdiyi mətbuat konfransında əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslərin ciddi cəzalanacağı, o cümlədən sosial şəbəkədə yayılan məlumatların hər birinin dəqiqliklə araşdırılacağı barədə dedikləri böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, M.Pənahov bununla bərabər, konkret dairələri də nişan verdi. Onun sözlərinə görə, 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələri barədə MSK-ya ciddi müraciətlər daxil olub.

Məxsusi olaraq qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsində liderliyi Hüseynbala Mirələmov, 60 saylı Salyan-Neftçala seçki dairəsində Fəzail Ağamalı, 74 saylı Lənkəran kənd seçki dairəsində Hadı Rəcəbli, 79 saylı İmişli seçki dairəsində Murad Fərzəliyev (Ekzit-pollun nəticəsində isə Razi Nurullayev), 80 saylı İmişli-Beyləqan seçki dairəsində Çingiz Qənizadə, 81 saylı Beyləqan seçki dairəsində isə Şahin İsmayılov liderlik edir.

Saytımıza daxil olan məlumata görə, hazırda bu dairələrdə ciddi araşdırmalar aparılır və dairələrin nəticələrinin ləğv ediləcəyi istisna edilmir.
Oxunub: 201
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 


ILK-10