CƏMİ 1000 SƏSLƏ DEPUTAT OLANLAR – Dairə üzrə seçicilərin cəmi 2-3 faizinin səsini qazansalar da, mandat alacaqlar

gundem / Siyasət 10-02-2020, 19:32


Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Nəticələrdə maraq doğuran göstəricilərdən biri də qalib elan olunan namizədlərin nə qədər səs almasıdır.

AzPolitika.infonun məlumatına görə, MSK açıqladığı nəticələrinə əsasən ən az seçici səsi ilə qalib elan edilən namizəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri Hicran Hüseynovadır.



İlkin nəticələrə görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat olacaq Hicran Hüseynova cəmi 1078 səs alıb. Bunun səsvermədə iştirak edənlərin 31,5 faizi olduğu qeyd edilsə də, dairə üzrə ümumi seçicilərin təxminən 2,4 faizini təşkil edir.

Qeyd edək ki, bu dairədə seçicilərin ümumi sayı 43 139 nəfərdir.

İkinci ən aşağı göstəricini 47 saylı Mingəçevir seçki dairəsindən qalib elan olunmuş Aydın Mirzəzadə göstərib.

Aydın Mirzəzadə isə cəmi 1169 səs aldığı elan olunub. Bu səsvermədə iştirak edənlərin 26,8 faizi olsa da, dairə üzrə ümumi seçicilərin təxminən 3 faizini təşkil edir.

Bu dairədə seçicilərin ümumi sayı 37 745 nəfərdir

Ən azı seçici sayı ilə deputat olacaq namizədlərdən biri də 122 saylı Xankəndi seçki dairəsindən qalib elan olunan Gəncəliyev Tural Babaşah oğludur. Onun 1596 səs (səsverməyə atılanların 56,7 faizinin) aldığı qeyd olunub. Ancaq digər iki dairədən fərqli olaraq, 122 saylı Xankəndi seçki dairəsi seçicilərin sayı da xeylii azdır - cəmi 5006 seçici var.
Bu baxımdan dairə üzrə seçicilərin təxminən 32 faizinin səsini qazanmaqla Tural Gəncəliyevin qalib elan olunmuş xeyli sayda namizəddən yüksək nəticə göstərib.
Oxunub: 276
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 


ILK-10