“1000 SEÇİCİDƏN 49-u SEÇKİYƏ GƏLİB” - Yeni seçilmiş deputat

gundem / Siyasət 11-02-2020, 11:28


Müstəqil namizəd kimi növbədənkənar parlament seçkilərinə qatılan Erkin Qədirli seçkilər barədə verdiyi şərhində Yasamal seçki dairəsində səsvermənin digər məntəqələrdən fərqli olaraq çox səliqəli keçdiyini deyib.

O bildirib ki, 29 dairənin hər birində 2 müşahidəçi iştirak edib. Erkin Qədirli 5 dairədə problemlər qeydə alındığını və bu problemlərlə bağlı şikayətlər ediləcəyini deyib.

Müşahidəçilərin işini yüksək qiymətləndirən Erkin Qədirli 29 məntəqədən 25-dən protokollar əldə edildiyini bildirib. O deyib ki, namizəd kimi məntəqələrin üçündə məğlub olub. 2 məntəqədə isə cəmi 19 səslə qalib gəldiyini qeyd edib.

Namizədin sözlərinə görə, seçki fəallığı olduqca aşağı olub və 1000 seçicidən 49 nəfər səsvermədə iştirak edib. Erkin Qədirli seçici saylarında MSK-nın saytına uyğunluq yaratmaq üçün onların sayının artıq göstərildiyini bildirib.

O, parlamentdə nə edəcək sualının cavabında mandatından imtina etməyəcəyini və nə edəcəyini hələ bilmədiyini deyib.

Erkin Qədirli bildirib ki, "görünür hökumət mənə qarşı güclü namizəd çıxara bilməyib". “YAP-ın rəsmi namizədi olub. Lakin həmin namizəd mənə qarşı partiyanın inzibati resurslarından istifadə etməyib" - deyə, o əlavə edib.
Oxunub: 222
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 


ILK-10