backend

Fazil Məmmədov imperiyası

Fazil Məmmədov imperiyası


















Vergilər Naziri dövlət içində biznes və siyasət imperiyası qurub

Vergilər Nazirliyinə ölkənin güc strukturlarından biri də demək olar. Vergi yığımları üzrə ölkədə həyata keçirilən əsas siyasəti məhz Vergilər nazirliyi həyata keçirir. Ən qədim dövlət peşələrindən biri olan vergiyığma Azərbaycanda hələ də böyük korrupsiya faktının dövr etdiyi bir məkan sayılır. Azərbaycan oliqarxlarından silsilə araşdırmaları davam etdiririk. Bu dəfə mövzu Vergilər Naziri Fazil Məmmədovla bağlı olacaq.

Dövlətin xəzinəsi məhz vergi yığımları hesabına formalaşır. Amma Azərbaycanda vergi yığımını bir nazirlik deyil, bir neçə dövlət strukturu həyata keçirir. Məsələn Dövlət Gömrük Komitəsi idxal və ixracat üzrə vergi yığır. Vergilər Nazirliyi bu yığımların uçotunu aparsa da, əsasən daxili bazarda birbaşa olaraq vergi yığımlarına nəzarət edir. Azərbaycanda vergilərin yığılması, kassa aparatlarının tətbiqi, həmçinin də digər vergi fəaliyyətləri ilə bağlı vəziyyətin nə qədər acınacaqlı olduğu barədə kifayət qədər danışmaq olar. Vergi ödəyiciləri ilə bağlı işin təşkili elektronlaşdırılsa da, əsas iş elektronlaşdırılmayıb. Daha doğrusu vergi hesabatları ilə bağlı olaraq aparılan dövldət siyasətində elə də bürokratik əngəllər olmasa da, hər halda bu məsələ ilə bağlı olaraq bir sıra məqamlar ortaya çıxır. Məsələn istənilən vergi müfəttişi öz fəhmi ilə vergi dövriyyəsini təyin edib, ödəyicini vergidənyayınma faktı ilə cərimələyə bilir. Ölkədə sahibkarların da daha çox əziyyət çəkdiyi məqam elə budur. Məhz vergi yığımları üzrə müfəttişlərin fəaliyyəti.

Oliqarxlaşan nazir

Azərbaycanda indi çoxlarının adını bilmədiyi bir oliqarx məmur uzun illər əvvəl vergilər naziri təyin olunub. Fazil Məmmədov təyinatının ilk günlərində müsbət xarakterizə edilsə də, sonradan onun çox sürətlə oliqarxa çevrildiyi məsələsi ortaya çıxdı. Artıq Fazil Məmmədov biznesini belə ölkədən kənarda genişləndirməyə başlayıb.
Fazil Məmmədovun yaxın çevrəsinə aid olan şəxslərin Almaniyada biznes qurduqları barədə informasiyalar bir müddət əvvəl yerli mediada tirajlanmışdı. Yayılan məlumatlarda qeyd olunurdu ki, F.Məmmədovun yaxınları Almaniyanın iki şəhərində fabrik yaradıblar. Həmin fabrikləri yaxın qohumlarından birinin idarə etdiyi qeyd olunurdu.
Xəbərdə o da bildirilir ki, Fazil Məmmədovun həmin fabriklərə şəxsən baş çəkmək imkanı olub. Belə ki, nazir müalicə üçün Almaniyaya gedən zaman fabriklərə baş çəkib.
Maraqlıdır ki, Fazil Məmmədov bir sıra MDB dövlətlərində də özünə iri ticarət obyektləri aldığı söylənilir. Hər halda Bakıdakı ayrı-ayrı obyektlərini sadalamasaq, vergilər nazirinin artıq böyük bir biznes imperiyasına sahibləndiyi göz önündədir.

Şəmkir və Gədəbəyin qubernatoru

Şəmkir rayonun sabiz icra başçısı Nazim Veyisov Fazil Məmmədovun yaxın qohumu idi. N.Veyisov vəzifədən alındıqdan sonra da bu posta vergilər naziri yenə də öz adamını gətirdi və Şəmkir rayonunu öz kurasiyasında saxladı və təkcə Şəmkir rayonu deyil, eyni zamanda Gədəbəy rayonunda da Fazil Məmmədovun saysız obyektləri var. Cumhuriyyət.az – ın məlumatına görə, F.Məmmədov həm yerli sakinlərin, həm də ətraf rayonlarda yaşayan, üstəlik, ölkənin digər regionlarından da gələn insanların istirahət mərkəzi kimi istifadə etdikləri əraziləri zəbt edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazinin (meşə massivinin) mənimsənilməsi daha çox narazılıqlara səbəb olub. "Yastı meşəsi” adlanan istirahət zonasında tikilən imarət və ətrafındakı fazenda guya prezidentin iqamətgahı kimi qələmə verilir; amma əslində ora F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib. İllər uzunu həmin ərazidən ilin yaz və yay fəsillərində vətəndaşlar istirahət məqsədi ilə istifadə ediblər. Xırda talalarla zəngin olan əsasən meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə "Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib. Özü də bu əməlini prezidentin adı ilə bağlayıb! İddia edir ki, guya bu ərazilərdə prezident İlham Əliyev üçün istirahət mərkəzi salınıb. Halbuki ölkə başçısının nə vaxtsa gedib orada istirahət etməsi ilə bağlı hər hansı fakt mövcud deyil. Həmin ərazilərə giriş "xüsusi icazə” ilə verilir. "Xüsusi icazə” isə bir çox hallarda pulla alınır.
Qeyd edək ki, Gədəbəy rayonunda da vergilər nazirinin bu zəbtetmələrindən narazılıqlar var. Bu günlərdə rayonda olan əməkdaşımıza sakinlər bildiriblər ki, Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasındadır. Gədəbəylilərin sözlərinə görə, "kurator”un iradəsindən kənar fəaliyyət göstərən obyektlər mütləq vergi yoxlamalarına məruz qalır və yüksək məbləğdə "cərimə”lər ödəməli olurlar. Üstəlik, arxasında Fazil Məmmədovun dayandığını açıq-aydın elan edən rayon icra başçısı Kamran Rzayev sahibkarlara problemlər yaradır. Yeri gəlmişkən, icra başçısı da vergilər nazirinin kadrı hesab olunur. K.Rzazadə YAP-ın Gədəbəy təşkilatının sədri olarkən rayonun icra başçısı Nazim Veyisov Şəmkirə aparılıb. Həmin vaxtlar da K.Rzazadənin icra başçılığına namizədliyi məhz F.Məmmədov tərəfindən irəli sürülüb. Elə bu qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, rayonda haqsızlıqlar baş alıb gedir. Redaksiyaya bu cütlüyün rayondakı əməlləri ilə bağlı verilən məlumatlardan biri də odur ki, Gədəbəy stadionunu özəlləşdirmə adı ilə 3 otaqlı mənzil qiymətinə vergilər naziri alıb. Bəzi məlumatlara görə, stadion nazirə (onun adamlarına-T.C) cəmi 100 min manata satılıb.
F.Məmmədovun Gədəbəy qızıl zavodunda da şərikliyi olduğu bildirilir. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzini də vergilər nazirinin əvvəlki sahiblərindən aldığı gələn xəbərlər arasındadır: "Gədəbəydə ”Eldorada" hotelini nazirin qardaşının qudası işlədir. Nazir özü həmin otelə bir neçə milyon manat maya qoyaraq super təmir etdirib".
Ən sonda mənbəmiz şokyaradıcı bir fikir də səsləndirdi. Bildirdi ki, F.Məmmədov nə az, nə çox 15 milyard manatlıq kapitalla ölkənin ən varlı məmurlarının ilk beşliyində yer tutur.

Azərbaycanda audit böhranı

Üç ildir hökumət icbari müstəqil auditdən yayınan kommersiya təşkilatlarının aşkarlanması mexanizminin tətbiqi məsələsində qərara gələ bilmir. Eyni zamanda, auditorlara müraciət səviyyəsi azalır. 2011-ci ilin fevralında parlament bu tip inzibati qanunpozmalarda vəzifəli şəxslərə (300-600 manat) və hüquqi şəxslərə (1500-2500 manat) cəza tədbiri müəyyən edib, dövlət başçısı isə həmin ilin aprelində Nazirlər Kabinetinə tapşırıb ki, 2 aya bu cəriməni tətbiq edəcək orqanı göstərsin. Amma Nazirlər Kabineti mürgüləyir.
Bu məsələnin həlli üzrə təklifi Auditorlar Palatası bir neçə dəfə hazırlayaraq hökumətə təklif edib. AP-da hesab edirlər ki, müstəqil auditdən yayınmaya görə inzibati məsuliyyəti Auditorlar Palatasının təqdimatı üzrə şəhər (rayon) məhkəmələri müəyyən etməlidir. Vergilər Nazirliyi AP ilə birgə hər ilin sonu üçün müstəqil audit keçirilməli təşkilatların siyahısını hazırlamalı, növbəti mərhələdə Palata auditdən yayınan kommersiya təşkilatlarını aşkarlamalıdır.
Hökumətin ləngliyi olunla nəticələnib ki, ölkədə müstəqil auditdən keçmə səviyyəsi azalıb. 2013-ci ildə müstəqil auditorlara 34 65 subyekt müraciət edib. Bu, 2012-cu ildəkindən 1,8% azdır, deyə AP-da açıqlama verirlər.
Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli №97 «Kommersiya təşkilatlarının illik maliyyə hesabatları və birləşdirilmiş maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması haqqında» qərarına əsasən, illik maliyyə hesabatları təsisçilərin təsdiqi üçün 30 aprelə kimi təqdim edilməlidir. Konsolidə edilmiş maliyyə hesabatı hazırlayan təşkilatlar onları 30 iyuna kimi təsdiq etməlidir. Bu təşkilatlar illik maliyyə hesabatlarını audit rəyi ilə birgə mətbuatda dərc etdirməlidirlər. Heç kim cərimə etmədiyi üçün şirkətlər qorxmadan müstəqil audit və maliyyə hesabatının dərc edilməsindən yayınırlar. Maraqlıdır ki, konsolidə edilmiş maliyyə hesabatı hazırlamayan bir çox təşkilatlar səhmdarların (təsisçilərin) ümumi yığıncağını ikinci, üçüncü, bəzən isə dördüncü rübdə keçirirlər. Qanunvericilik isə maliyyə hesabatlarının təsdiqi müddətini dəqiq göstərib – 30 aprel. Bir qayda olaraq, qiymətli kağız emitentlərinin fəaliyyətinə nəzarət edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və illik maliyyə hesabatının icra və dərc edilməsinə nəzarət edən Maliyyə Nazirliyi bunları "görmür”.
Xatırladaq ki, bank və sığorta şirkətləri, səhmdar cəmiyyətləri, MMC-lər, holdinqlər, maliyyə-sənaye qrupları, təbii inhisar subyektləri, fondlar, QHT-lər, bələdiyyələr və s. təşkilatlar müstəqil auditdən keçməlidir. Müstəqil auditdən keçməkdən yayınma ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr 13 aprel 2011-ci ildə qüvvəyə minib. Amma bu tələbi pozan heç bir subyekt məsuliyyətə cəlb edilməyib.
Burada müəmmalı və maraqlı olan məqam odur ki, sahibkarlar və digər vergi ödəyicisi olan subyektlər Vergilər Nazirliyinin əməkdaşlarının hansı şəkildə audit aparacaqlarını bilirlər. Məhz bu səbəbdən də həmçinin də müstəqil auditə müraciət etməmələri üzündən ağır cəza almayacaqlarını bilirlər. Yuxarıda sadalanan qanunların və qaydaların hələ də hazırlanmamasının da əsas səbəbi elə budur.

Binəqədi "işğal”ı və paytaxt meriyası

Daxil olan məlumta görə, Fazil Məmmədov imkanlarının genişləndiyini görərək hakimiyyət içində qrup halında tərəf olmağa çalışır. Hakimiyyət daxilində yeni qruplaşma yaratmağa çalışan vergilər naziri Fazil Məmmədov, komandasından olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Xaləddin İbrahimovu mer təyin etdirmək istəyir .
Məlumatlı mənbənin sözlərinə görə, Xaləddin İbrahimov məhz Binəqədi Rayon İcra hakimi təyin edilməsi, ona xüsusi tapşırıqların verilməsi və bu rayonun onun Bakı meri təyin olunması üçün tranpler rolunu oynayacağı bildirilir. Mənbənin sözlərinə görə, Xaləddin İbrahimov Binəqədi də yeni quruculuq işlərinə başlayıb ki, bu da Bakı meri təyin olunduğu zaman onun haqqında müsbət imic formalaşdırsın.
Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun yaxın qohumu (bacısının həyat yoldaşı) Xaləddin İbrahimovun Bakı meri təyin olunması ilə bağlı hakimiyyətdəki ən güclü qrupların birinin içərisindədir.Qeyd edək ki, bu günə qədər F. Məmmədov başqa bir qrupun tərkibində olub. Lakin indi qrupunu dəyişərək, başqa qrupda fəaliyyət göstərir Qeyd edək ki, Xaləddin İbrahimov Vergilər Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb. F.Məmmədovun yeznəsi olan bu şəxs spiker Oqtay Əsədovun qudası Alı Qocayevin yerinə təyinat alıb. Hər halda bu fakt da göstərir ki, Fazil Məmmədov ciddi şəkildə özü üçün qruplaşma formalaşdırmağa başlayıb.
Bu arada onu da bildirək ki, Bakı meri Hacıbala Abutalıbovun işindən azad ediləcəyi barədə xəbərlər yayılmaqda davam edir. Bəzi mətbuat orqanları H. Abutalıbovun yerinə bir sıra şəxslərin adlarını hallandırırlar ki, bu sıra da prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun, eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun və hazırda prezident aparatında çalışan Zeynal Nağdəliyevin adları hallansa da, daxil olan məlumta görə, bu sıraya yeni bir ad daha əlavə olub. Bu da son günlər hakimiyyət daxilində yeni qruplaşma yaradan Vergilər naziri Fazil Məmmədovun komandasından olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Xaləddin İbrahimovdur.
Məlumatlı mənbənin sözlərinə görə, Xaləddin İbrahimov məhz Binəqədi Rayon İcra hakimi təyin edilməsi, ona xüsusi tapşırıqların verilməsi və bu rayonun onun Bakı meri təyin olunması üçün tranpler rolunu oynayacağı bildirilir. Mənbənin sözlərinə görə, Xaləddin İbrahimov Binəqədi də yeni quruculuq işlərinə başlayıb ki, bu da Bakı meri təyin olunduğu zaman onun haqqında müsbət imic formalaşdırsın. Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun yaxın qohumu (bacısının həyat yoldaşı) Xaləddin İbrahimovun Bakı meri təyin olunması ilə bağlı hakimiyyətdəki ən güclü qrupların birinin içərisindədir. Qeyd edək ki, bu günə qədər F. Məmmədov başqa bir qrupun tərkibində olub. Lakin indi qrupunu dəyişərək, başqa qrupda fəaliyyət göstərir.