backend

"Mən onu axtarıram" - Məzahir Pənahov kimi axtarır?



"Bizim fəaliyyətimizə şübhə ilə yanaşan BBC media quruluşunun müxbiri var idi. Çatdırın ki, mən onu axtarıram".

"Yeni Sabah" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, ötən gün BBC-nin müxbiri MSK-nın fəaliyyətinə şübhə ilə yanaşıb:

"O, bizi qorxudurdu. Ancaq mən bu gün onu görmürəm. Pozuntuları ortaya qoyanlar MSK-nın pozuntularla bağlı qərarlarını işıqlandırmır". /
APA