backend

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq - Namizəd Ayaz Qocamanov MƏTBUAT KONFRANSI KECİRDİ



"87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildi".

[b][b] Bu sözləri 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Ayaz Qocamanov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, səsvermə prosesi başlayan ilk dəqiqələrdən müşahidəçiləri qanun pozuntuları ilə bağlı məlumatlar verib. Həmin məlumatlar Dairə Seçki Komissiyasının (DSK) sədri Azad Dursunəliyevə təqdim edilib. "Müşahidəçilərim və vəkillərim rayon icra nümayəndələrinin, idarə müdirlərinin, MSK sədrlərinin ciddi təzyiqləri ilə üzləşirdi. Əsasən "karusel", yəni eyni adamların şəhər məntəqələrinə avtomobillərlə daşınıb təkrar səsvermənin peşəkarlıqla təşkili, səyyar qutularla kütləvi saxtakarlıq, məntəqə sədrlərinin və üzvlərinin topa bülletenləri qutulara atması, səs sayma zamanı heç bir müşahidəçi və vəkillərimin yaxına buraxılmamsı, bilərəkdən səssaymanın MSK-nın kamerası qarşısından uzaqlaşdırılması və sairə hallar bütün məntəqələrdə baş verirdi.

Mən hesab edirəm ki, seçkinin qeyri-şəffaf şəraitdə keçirilməsi, DSK sədri və rayon rəhbərliyinin bu addımı dövlətin apardığı islahatlar prosessinə müsbət rəy yaratmır. Həmçinin burdan bildirmək istəyirəm ki, 9 fevral tarixində, axşam saatlarında mənə etimad göstərib səs verən minlərlə şəhər və kənd sakinləri kütləvi şəkildə Tahir Kərimli ilə bağlı DSK-nın MSK-ya göndərdiyi ilkin nəticələrə etiraz olaraq qərargaha toplaşdılar. Bu nəticələrə öz etirazını bildirdilər. Əlavə problemlərin yaranmaması üçün insanları sakitləşdirdim və haqqımı qanuni yollarla tələb edəcəyimə söz verdim. Bu insanlar kütləvi şəkildə mənə səs veriblər. İnsanlar səslərinin qorunmasını, haqqlarının tapdanmaması üçün məndən kömək istəyirlər. Mən isə qətiyyən xaosun yaranmasına imkan vermərəm, dövlətimizin nifuzunun aşağılanmasına şərait yaratmaram.

Ona görə də, qanunların imkan verdiyi qaydada müraciətlərimi etmişəm. Azərbaycan Prezidenti İlham Əliyevə, MSK sədri Məzahir Pənahova, Baş prokuror Zakir Qaralova rəsmi müraciət etmişəm və videogörüntüləri təqdim etmişəm. İnanıram ki, yaxın günlərdə müraciətlərimə baxılacaq, günahkarlar cəzalandırılacaq".
Tədbir zamanı qanun pozuntuları ilə bağlı video faktlar da nümayış etdirilib.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsində deputat Tahir Kərimli qalib elan edilib.[/b