DİM Direktorlar Şurasının sədr müavini Ağsuda vətəndaşları qəbul edib.

gundem / Siyasət / Bolge 21-02-2020, 19:40


Qaynarxett.az xəbər verir ki, DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Ağsu rayonunda vətəndaşları qəbul edib. Qəbulda Ağsu və Göyçay rayon sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və digər məsələlərlə əlaqədar vətəndaşlar tərəfindən müraciətlər edilib. Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.


Qaynarxett.az



Qaynarxett.az
Oxunub: 631
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10