Son anda!!!! TÜRKİYƏ DƏHŞƏT İCİNDƏ - Çox sayda ölü və yaralı var - (Yenilənir)

gundem / Sosial / hadise 23-02-2020, 15:01


Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində Türkiyə ərazisində ölən və yaralananların sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu və Səhiyyə naziri Fahrettin Koca birgə açıqlama veriblər.

Bildirilib ki, Vanda 3-ü uşaq olmaqla 8 nəfər həlak olub, 21 nəfər yaralanıb. Onlardan səkkizinin vəziyyəti olduqca ağırdır.

Hazırda axtarış xilasetmə işləri davam etdirilir, dağıntılar altında qalanlar var. Hadisə baş verdiyi bölgədə 700 nəfərin yaşadığı bildirilir.

****

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində - Xoy şəhəri yaxınlığında baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntılara və tələfata səbəb olub.

Publika.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirilib ki, sərhədyanı bölgədə yerləşən Türkiyənin Van və Hakkari vilayətlərində köhnə evlər yeraltı titrəyişlər nəticəsində dağılıb. İlkin məlumata görə, Vanda 7 nəfər zəlzələdən sonra dağılan evlərin altında qalaraq ölüb.

Təlafatın artacağı istisna edilmir.
Oxunub: 2 416
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10