Azərbaycanın məşhur GENERALI İrəvanda zəncirdə saxlanılır? - ŞOK VİDEO

video / gundem / hadise 23-02-2020, 21:55


Qaynarxett.az xəbər verir ki, Azərbaycanın müstəqillik tarixində bir çox faciəli hadisələr baş verib. Onlardan biri də 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” helikopterinin ermənilər tərəfindən vurulmasıdır.

Bu terror aktı nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri, millət vəkilləri və jurnalistlər həlak olublar.

1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşdə Qarabağda baş verən hadisələrin müzakirəsindən sonra həmsədrlər razılaşdılar ki, Xankəndiyə gedərək hadisələri öz gözləri ilə görsünlər.
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Bakıya zəng vurur və xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko rəhbərlik etməli idi.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları siyahıdan çıxarılır.

1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı yenilənir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Vaqif Cəfərovla Vəli Məmmədovun adları yenidən siyahıya əlavə olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir.

1991-ci il noyabrın 20-də saat 12:57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki helikopterin 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Burada müxtəlif vəzifələrdə işləyən erməni millətindən olan nümayəndələr də helikopterə minməli idilər. Lakin saat 13:40-da Ağdam hava limanına verilən xəbərdən sonra bu adamlar helikopterə minmirlər.

Mİ-8 N69 helikopteri əsas helikopter olmalı, onu iki nəfər - 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməli idi. İkinci helikopter - Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Amma ikinci helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən saat 13:48-də birincinin yerinə havaya qalxır.

Saat 14:05-də helikopterlə rabitə əlaqəsi kəsilir. Qarakənd üzərində 300 metr yüksəklikdə uçan zaman Mİ-8 N72 helikopteri saat 14:42 radələrində erməni quldur dəstələri tərəfindən vurulur.

Faciə xəbərini Yerevan radiosu 16:15-də, Tehran radiosu 16:40-da, Moskva radiosu 17:00-da yaysa da, bu xəbər Bakıya olduqca gec, saat 19:55-də çatır.

Helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…

Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma bir neçə gün sonra onun vurulduğunu etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu.

Hadisə ilə bağlı açılmış istintaq işinin gedişatında müəyyən edilib ki, helikopter ABŞ istehsalı olan “Barret M82A1” silahından açılaran atəşlə məhv edilib.
Bu qanlı faciədən 29 il kecməsinə baxmayaraq hələ də müxtəlif şayələr dolaşmaqdadır. Bununla baglı sosial şəbəkədə maraqlı bir video paylaşılmışdır. Tamaşacılar arasında yüksək maraq kəsb etdiyindən Qaynarxett.az həmin videonu sizə təqdim edir.


Oxunub: 2 434
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10