backend

YALAN AYAQ TUTAR, ANCAQ...

YALAN AYAQ TUTAR, ANCAQ...

Bir neçə gün bundan əvvəl təsadüfən sosial şəbəkədə Agsuda baş verən zəlzələnin nəticəsində evi yararsız hala düşmüş şəhər sakini Şirəliyrv Vidadi İdris oglunun video şikayətinə rast kəldm. Şikayətci "Taleh TT" MMC - ni saxtakarlıqda ittiham edirdi. Əvvəla onu qeyd edək ki, bölgədə sözün həqiqi mənasında xüsusi imici olan "Taleh TT" MMC - nin bu cür şər və böhtanla dolu "tənqidi" sadəcə şantaj xarakteri daşıyır. Hər şeyi qara rəngdə göstərməyə calışan müəllifin naşı oldugu cox asanca diqqəti cəkirdi. Nə isə həmin video-şikayətlə tanış olduqdan sonra coxdan tanıdıgım "Taleh TT" MMC - nin məsul işcisi Mürsəl müəllimlə telefon əlaqəsi saxladıq. O, bildirdi ki, həmin video-şikayətlə tanışdır və qeyd olunan faktlar həqiqətə uyğun deyildir, tamamilə şər-böhtandan ibarət şantaj xarakterli səs yazısıdır.
Biz dünən rayonda olduq, yazılanlar barədə kicik araşdırma apardıq. Məlum oldu ki, hazırda şikayətci Şirəliyrv Vidadi İdris oglunun qəzalı evi tam təmir olunaraq ailənin istifadəsinə verilib.


Qeyd edək ki, hazırda Agsuda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər surətlə davam etdirilir. Mürsəl müəllimin məlumatina görə fevralın 5-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlər sürətlə davam etdirilir. Belə ki, yaradılmış komissiya tərəfindən baxılan 3085 evdən 355-i qəzalı hesab edilib. 512-nin bərpa-gücləndirməyə, 2104-nün təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. İndiyədək 95 evin təmiri başa çatdırılıb, 152 yaşayış evin təmirinə başlanıb. Habelə, 200 evin bərpa-gücləndirmə işlərinə başlanılıb, 101 evdə işlər sona çatdırılıb. Heydər Əliyev Fondu tərəfindən 36 fərdi yaşayış evinin tikintisi gedir, onlardan 21-də işlər başa çatdırılıb, 1 evin dam örtüyü dəyişdirilib.
Qeyd edək ki, "Taleh TT" MMC - nin təmsilçisi Əlşah Dəmirovun rəhbərliyi ilə bu işlər hazırda sürətlə davam etdirilir.

Bəli, yaxşılarara yaxşı demək vicdan borcudur. Yaxşılara yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir Prezident! İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş.

Sonda dostlarımız olan bəzi KİV nümayəndələrinə də xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədə yazdırırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Agsu ictimaiyyəti tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, "Taleh TT" MMC - nin təmsilçisi Əlşah Dəmirov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki Əlşah müəllim bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.


Qaynarxett.az