backend

Ağsu rayonunda “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda seminar-müşavirə keçirilib




Qaynarxett.az xəbər verir ki, Ağsu rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə din xadimləri, dini icma sədrləri, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Kənan Tacızadə, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Elnur Mehdiyev çıxış edərək dövlət-din münasibətlərindən, sabit dini durumdan danışıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədəki çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən danışıb. Çıxışda dinin siyasiləşdirilməsi və dinin alətə çevrilməsinin İslam dünyasına gətirdiyi bəlalar qeyd olunub.
Dövlət-din münasibətlərinin tənzimlənməsi, dini durum və sabitliyə nail olunması istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs edilərək, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin xidmətlərindən bəhs edilib.