backend

Şuşa şəhərciyinin ətrafındakı yaşayış massivində dəhşətli vəziyyət - ETİRAZ AKSİYASI OLACAQ...




Dogrudan da dəhşətli vəziyyətdi. Sabuncu rayonundakı Şuşa şəhərciyinin ətrafındakı yaşayış massivində aldadılmış insanlar dözülməz vəziyyətdə yaşayırlar. Onlar burada torpaq alarkən həm icra hakimiyyəti, həm də yerli bələdiyyə tərəfindən əməlli-başlı aldadılıblar. Hər iki qurumda onlara vəd veriblər ki, buranın havası təmiz oldugu ücüm şəhər tipli qəsəbə salınacagı planlaşdırılıb. LAKİN... Şəkillərə diqqət edin, kücələrdə nəinki maşınlar hec sakinlər belə hərəkət edə bilmirlər. Bir az yagış yagdımı elə gölməcələr əmələ gəlir ki, topaq yolu kecmək qeyri mümkün olur. Massivdə yerli-dibli kanalizasiya sistemi olmadıgından qurund suları yıgılaraq dəhşətli vəziyyət yaradır. Sual olunur, Prezidenti bu sahəyə ayırdıgı milyonlar hara gedı?

Qaynarxett.az-ın məlumatına görə sakinlər deyirlər ki, Prezident pul ayırır ki, yol, su, işıq çəkilsin. O pulu nə edirlər? Hər şeyi yarımçıq qoyub gedirlər, yalandan məruzə edirlər ki, hazırlamışıq. Halbuki yağış yağanda çölə çıxa bilmirik. Birinə bir söz deyəndə də, üstümüzə polis göndərirlər, bizi aparıb döydürürlər ki, hökumətə heç nə deməyin.

Sakini deyir ki, üç rayon rəhbərliyinin arasında qalıblar: “Nəmişlikdən evimiz tökülür. Qışda uşaqları məktəbə çiynimizdə aparırıq. Hər yerə müraciət etmişik. Sabunçu rayonu, Abşeron rayonu, Xəzər rayonu - hamısı bir-birinin üstünə atır. Bu yolları öz vəsaitimiz hesabına, cibimizdən üç-beş manat kəsərək düzəltdirmişik ki, uşaqlarımız məktəbə gedə bilsin. On bir ildir, heç bir rayon bələdiyyəsi bizə gün ağlamır"

Sakinlər yaxın günlərdə Sabunçu, Abşeron və Xəzər rayonlarının icra hakimiyyətləri qarşısında etiraz aksiyası gecirməyə qərarlıdırlar.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.
















Qaynarxett.az