backend

CƏBHƏDƏ SON DƏQİQƏ: Goranboy istiqamətində döyüş: Düşmən itgi verir... - RƏSMİ

 CƏBHƏDƏ SON DƏQİQƏ: Goranboy  istiqamətində döyüş: Düşmən itgi verir... - RƏSMİ

Qaynarxett.az bildirir ki, Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.