backend

AGSUDAN BƏD XƏBƏR! 64 yaşlı şəxs korona virusundan öldü - Qohumlara meyidə yaxın durmağa icazə verilmir



Qaynarxett.az xəbər verir ki, Ağsu rayonunun əslən Musabəyli kəndindən olan sakini korona virusundan dünyasını dəyişib.

Bu barədə "Ağsudan Xəbər" səhifəsində məlumat yayılıb. Məlumatda bildirilir ki, "Səhiyyə nazirliyi 1956-cı il təvəllüdlü əslən Musabəyli kəndindən olan Heydərov Qadir Nadir oğlunun korona virusundan öldüyünü təsdiq edib. Səhifəmizə daxil olan məlumata görə, mərhum 1972-ci ildən Bakı şəhərinə köçərək orada yaşayıb.
Q.Heydərovun cənazəsi polisin nəzarəti altında dəfn üçün doğulduğu Musabəyli kəndinə gətirilib. Polis virus təhlükəsi səbəbi ilə mərhumun qohumlarını meyidə yaxın durmağına icazə vermir".

Qaynarxett.az