backend

ŞOK!!! "TORQOVU" da yerləşdirilən 5G texnologiyası koronavirus yayır? – Britaniyada stansiyalara hücum edildi



Koronavirusun bütün dünyaya yayılması pandemiya haqqında fərziyələri və şayiələri də artırır.

5G texnologiyasının koronavirus (COVID-19) infeksiyasını daha da yayması ilə bağlı şayiələrdən sonra Böyük Britaniyada sakinlər stansiyaları yandırır, mühəndislər isə ölümlə hədələnir.

BAXAR.az xəbər verir ki, son 24 saat ərzində “Vodafone” şirkətinin 4 baza stansiyası yandırılaraq məhv edilib.

Sakinlər koronavirusu 5G texnologiyasının yaydığını düşünərək, baza dirəklərini və stansiyalarını yandırmağa başlayıblar. Hökumət rəsmiləri isə bu iddiaların tamamilə əsassız olduğunu bildirib.

Britaniya hökumətinin rəsmisi Maykl Qov: “Bu sadəcə təhlükəli bi cəfəngiyatdır”, – sözlərini işlədərək insanları bu cür şayiələrə aldanmamağa çağırıb.

Xüsusilə Britaniyanın Birminqem şəhərində baş verən hücumlarda stansiyaların yandırılmasından əlavə vətəndaşlar 5G bazalarında işləyənləri də təhqir ediblər.

Britaniyanın Beynəlxalq Səhiyyə Sisteminin rəhbəri Stifen Pauis də tibbi baxımdan belə bir şeyin mümkün olmadığını bildirib: “5G iddiları tamamilə yalandır”, – deyə Pauis vurğulayıb.

Qeyd edək ki 5G -nin tətbiqi Azərbaycanda da vardır. 5G Azercell mobil operatorları üçün "TORQOVU" adlanan ərazidə yerləşdirilib.