backend

Kürdəmirlilər “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” deyir... - Rayonda koronavirusla mübarizə inamla davam etdirilir

Kürdəmirlilər “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” deyir... - Rayonda koronavirusla mübarizə inamla davam etdirilir

Respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Pandemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Yaradılmış mobil qruplar Kütdəmir şəhərində, eləcə də kəndlərdə sakinlərlə profilaktik söhbətlər edir, onlara xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib olmadıqda evdən çıxmamaları barədə xəbərdarlıq olunur.

Rayon ərazisində infeksiyanın yayılmasının qarşının alınması məqsədilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır. Dezinfeksiya tədbirləri kənd yaşayış məntəqələrində də davam etdirilir.

Həmçinin, evdən çıxmaları mədudlaşdırılmış tənha, yaşlı, maddi imkansız rayon sakinlərinə ərzaq yardımları verilir, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanlar ünvanlarında çatdırılır. Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya kartları “Kapitalbank”a getmədən “Azərpoçt” Kürdəmir rayon filialının əməkdaşları tərəfindən ünvanlarında təqdim edilir.

Xüsusi karantin rejimi şəraitində vətəndaşların zərurət olmadıqda evdən çıxmaları qadağan edilib. Əlbəttə, insanlar istər-istəməz xəstəxanalara, banklara, ərzaq mağazalarına getmək məcburiyyətindədirlər. Belə bir şəraitdə onların evdən çıxışlarını məhdudlaşdırmaq istiqamətində müvafiq tədbirlər görülməlidir. Bununla əlaqədar İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan tənha, ahıl və xəstəliyi olan insanlara evlərində bir sıra xidmətlər göstərilir. Belə ki, modul qruplar, mərkəzi xəstəxananın həkimləri, yerli icra nümayəndələri və könüllülər onları müvafiq olaraq zəruri ərzaq məhsulları ilə təmin edir, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanları ünvanlarında çatdırır, arzu və istəklərini yerinə yetirirlər. Eyni zamanda rayonun kənd yaşayış məntəqələri sakinlərinin bank filialına getmələrinin azaldılması məqsədilə kənd təsərrüfatı ilə bağlı subsidiya kartları yerli poçt şöbələrinin əməkdaşları vasitəsilə onların evlərinə göndərilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda ehtiyacı olan yüzlərlə ailələrə ərzaq yardımları paylanılır.

Qaynarxett.az xəbər verir ki, görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ceyhuh Cəfərov şəhərin park və bağlarını gəzib, sakinlərə çağırış edərək onlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edib.
Əhalinin maarifləndirilməsi məqsədilə Şəhər İcra Hakimiyyəti aparatının, İnzibati Ərazi Dairələri nümayəndəliklərinin, bələdiyyələrin, polis orqanlarının və digər qrumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri ilə görüşən İcra başçısı onlara bir daha əhali arasında fərdi qaydada izahetmə işlərini gücləndirməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

İcra başçısı həmçinin şəhər ərazisində çoxmənzilli yaşayış evlərində, binaların ümumi istifadə yerlərində, girişlərində, pilləkən və həyətlərində məişət tullantılarının atıldığı konteyner meydançalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında həyata keçirilən dezinfeksiya tədbirləri ilə də tanış olub, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.

Qaynarxett.az