backend

Azərbaycanlılar yeyib-içməyə və siqaretə 9,6 milyard manat pul xərcləyiblər

Azərbaycanlılar yeyib-içməyə və siqaretə 9,6 milyard manat pul xərcləyiblər






















Son rəqəmlər açıqlandı.

Azərbaycanın Dövlət Statistika Komitəsi cari ilin yanvar-noyabr ayları üzrə əmtəə bazarı haqqında son məlumatları açıqlayıb.

Komitədən verilən məlumata görə, 2014-cü ilin 11 ayı ərzində Azərbaycan əhalisi 19,2 milyard manatlıq alış-veriş edib.

Bu rəqəm 2013-cü ilin müvafiq göstəricisindən 9,5% çoxdur.

Məlumata görə, xərclənən 19,2 milyard vəsaitin 50,1%-i yaxud 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür.

Yerdə qalan vəsait qeyri-ərzaq mallarının alınmasına sərf olunub.