backend

Əli Hüseynov: "Ağsu rayonu ərazisində tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılır"



Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP rayon təkilatının sədri Əli Hüseynovun rəhbərliyi ilə vaxtında həyata keçirilən tədbirlər nəticəsində, rayonda nümunəvi səhiyyə mühiti formalaşıb. Əli həkim daim koronavirus xəstələrinin və digər xəstələrin qayğısına qalaraq, onların rəğbətinin qazanıb.
Əli Hüseynov deyir:- Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.

Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.

Ağsu rayonunda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.

Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı profilaktik tədbirlər ciddi şəkildə həyata keçirilir. Yaradılan mobil qruplar tərəfindən Ağsu şəhərində, eləcə də kəndərdə sakinlərlə söhbətlər aparılır, əhali karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirilir. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız zərurət yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.

Ağsu şəhərinin bir sıra inzibati binalarında, çoxmənzilli yaşayış binalarının həyətlərində və giriş qapılarında, eləcə də rayonun kəndlərində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilib. Bundan başqa şəhərin bütün küçələri xüsusi avtomaşınla yululub, parklar, dayanacaqlar, ödəniş terminalları, bankomatlar, bir sıra ticarət obyektləri, sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri dezinfeksiya olunub.

“Xeberci.info” Ağsu Rayon Mərkəzi Xəstəxanasında keçirdiyi sorğu nəticəsində əhalinin fikirləri birmənalı olaraq müsbətdir. Onlar bu xəstəxanada hər bir işin öz qaydasında olduğunu bildirdilər. Xəstəxanada xəstələrə çox yaxşı münasibət göstərirlər. Ağsu Rayon Mərkəzi Xəstəxanası 195 çarpayıdan ibarətdir və burada 7 şöbə, həmçinin mamaginekoloji, terapiya, infeksion və poliklinika şöbələri fəaliyyət göstərir. İmkansız xəstələr qanunla nəzərdə tutulmuş şəkildə pulsus dərmanlarlada təmin olunur. Hazırda rayonda 15 həkim məntəqəsi və 19 tibb məntəqəsi də əhaliyə tibbi xidmət göstərməkdədir.

Ölkə rəhbərliyi tərəfindən səhiyyə sektorunun koronavirusa qarşı tədbirlərin inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirir. Bu məqsədlə büdcədən milyonlarla manat vəsait ayrılıb. Rayonda Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Əli Hüseynovun gərgin əməyi, savad və fədakarlıq nəticəsində, rayonda normal səhiyyə mühiti formalaşıb. Təbii ki, səhiyyəmizin belə inkişafında nazir Oqtay Şirəliyevlə bərabər, ayrı-ayrı səhiyyə ocaqlarının rəhbər şəxslərinin də fəaliyyəti az deyil. Məhz belə şəxslərdən olan Əli Hüseynov əhalinin rəğbəyini qazana bilmişdir.