“Karantin yoxsa 2-ci nəfəs. Bəlkə də “Renessans ” - Rüstəm Zahidoğlu

gundem / Arasdirma / Təhsil 24-04-2020, 18:02


Dəyərli oxucum !
Qiymətli vaxtını sərf edib sona qədər səbrlə oxuduğun üçün size, əvvəlcədən sonsuz sayda minnətdarlığımı bildirirəm.

Heç şübhəsiz ki, baş vermiş hər bir dövrün və ya hadisənin müxtəlif baxış bucaqları var. Bu yazımızdı, hazırki dövrdə dünyamızın aktual mövzusu olan “koronavirus”la mübarizə şəraitində mövcud olan karantin rejiminin təhsilimizə etdiyi və ya edəcəyi təsirlərlə bağlı fikirlərimi sizlərlə paylaşmağı özümə borc bildim.

Hazırki dövrdə, iqtisadi dünyada öz liderliyi ilə, diqqəti cəlb edən mütxəlif şirkətlərin tarixinə nəzər salsaq bir daha şahidi olacağıq ki, mövzumuzun adını nə üçün “Karantin yoxsa 2-ci nəfəs. Bəlkə də “Renessans ” seçdik.

Bəli,hazırda adları əksərimizin həyatında birbaşa və ya, dolayısıyla da, olsa təsiri olan, “McDonald’s”, “Adidas”, “Ford”, “HP, “P&G”, “DNS” və s. şirkətlər öz vətənlərində baş vermiş müharibələr və ya iqtisadi böhranlardan xeyli bəhrələnərək fəaliyyətlərini artirmış və sonrakı dönəmlər üçün yeni ideyalarla çıxış etmişlər. Ölkəmizdə mövcud olan hazırki vəziyyətin- karantin rejiminin təhsilimə verdikləri və verəcəkləri haqqında apardığım kiçik araşdırma nəticəsində, belə qənaətə gəldim ki, təhsilimizin dünyanın qabaqcıl təhsil platformasında təmsil olunması üçün lazım olan vacib məqamlardan biri-“Onlayn təhsil” və ya başqa adla desək “Distant təhsil” formasının hələ də, istənilən səviyyədə olmamasıdır.

19 iyun 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU” da təhsil alma formalarından biri kimi “Distant təhsil”in təsbit olunmasına rəğmən bu sahə hələ də, kölgədə qalmışdı desəm yanılmaram. Bəlkə də, tələbat azlığından bu təhsil formasının populyarlığını bir qədər kölgədə qalmışdı.Bu məsələdə, bir qədər milli mentalitetə də, istinad etmək lazımdır. Axı bir azərbaycanlı olaraq hər birimiz və ya, əksərimiz özümüzün, ya da ki, övladımızın təhsilinin müəllimlə canlı ünsiyyət üslubuna üstünlük veririk, daha dəqiq desək etibar edirik.

Amma, bu aralar sağlamlığmızın vacibliyi zərurətindən əyani həyatın müəyyən qədər məhdudlaşdırılması, Distant təhsilimizin üzərindən bu kölgəni aradan qaldırdı və ya qaldıracaq desəm yanılmaram. Axı başqa yolumuz yoxdur. Təhsildən kənar qalmaq mümkünsüzdür. Bu səbəbdən də, yavaş-yavaş keçirik distant təhsilə. Hətta yarızarafatla desək, bu üsulun üstünlüklərini gördükdən sonra, müəyyən qisim şagirdlər, dinləyicilər, fiziki və hüquqi şəxs olan öyrədicilər, müəllim- repititorlar da, bu üsulla işlərini davam etdirəcəklər. Distant təhsil nəinki iri şəhərlərə, hətta internet şəbəkəsinin mövcud olduğu kəndlərə də, nüfuz etdi.

O cümlədin, bizim Ağsu rayonuna da. İllərdir işlərini canlı tədris üzərində quran Ağsu müəllimləri və müəllim-repititorları, vətənimin şagirdini sevən hər bir pedoqoq kimi, artıq öz pedoqoji işlərini bu müstəvidə qurublar. Hətta rayonumuzun təhsili üçün yenilik olacaq bir ilkə də imza atanlar oldu. Youtube portalında kanal açanlardan, facebook şəbəkəsində təhsil səhifəsi tərtib edənlərədək.

Araşdıma nəticəsində öyrənə bildim ki,hələ mart ayından başlayaraq, Ağsu rayon məktəblərinin müəllimləri, təsis etdikləri “İsbəndiyar Abdullayevin Kimya dərsləri”, “Xəyal Əliyevin tarix dərsləri” “Ağsu tədris mərkəzi” adı ilə youtube kanalları, və Facebook şəbəkəsində “Riyaziyyat aləmi” səhifələrlərdə öz biliklərini video dərslər vasitəsilə dinləyicilərinin istifadəsinə təqdim edirlər. Belə qənaətə gəldim ki, bu cür çətin anda heç bir şagirdə fərq qoymadan fədakarlıq göstərirlər. Qeyd üçün , onu da, vurğulayım ki, bu sahədə iş görən insanlar yalnız adını sadaladığımız şəxslərlə və ya kanallarla məhdudlaşmır. Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Virtual məktəb” layihəsinə əvvəlcə 30 könüllü-müəllim qoşulsa da, getdikcə müraciət edən könüllü müəllimlərin sayı artmaqdadır.Həmin müəllim könüllülər üçün hətta yeni müraciətlərlə əlaqədar olaraq ikinci dəfə onlayn təlim prosesi təşkil edilib.

Növbəti yazılarımda, əməyi keçən və fəaliyyətini sosial şəbəkələrdə bölüşən digər müəllimlərimizin də, fəaliyyətini işıqlandırmağa çalışacağam. Bu arada, müəllimlərimizin bəziləri ilə,əlaqə saxlayan zaman, texniki dəstəyə və verdikləri stimula görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər. Mən də, bir yazar və vətəndaş olaraq, “distant-məsafədən” təhsilin daha da, inkişaf etməsi üçün, potensialı olub da, kənarda dayanan müəllimlərimizi bu sosial təhsil aksiyasına qoşulmağa dəvət edirəm. Hər kəsə fəaliyyətində, uğurlar arzu edirəm.



Hazırladı: Xeberci.info-nun Təsisçi və Layihə rəhbəri Rüstəm Zahidoğlu

Bia.az
Oxunub: 565
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10