backend

Paytaxtda yol polisi ilə sürücü arasında dava: Bu dəqiqə təpiyi qoyaram... - VİDEO

Paytaxtda yol polisi ilə sürücü arasında dava: Bu dəqiqə təpiyi qoyaram... - VİDEO






















Sürücünün davranışından təngə gələn polislər onu hədələyiblər.

Bakının Nizami rayonu ərazisində - Babək prospektində yol polisi əməkdaşları ilə bir sürücü arasında insident yaşanıb.

qaynarxett.az AzNews.az istinadən xəbər verir ki, insident 10 YP 537 dövlət nömrə nişanlı avtomobillə xidmət edən yol polisi əməkdaşlarının 47 BS 634 dövlət nömrə nişanlı minik avtomobilini saxlamasından sonra baş verib.

Yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü, şəhərdə xeyli təqib edildikdən sonra Babək prospektində səkiyə sıxışdırılaraq saxlanılıb. Bundan sonra isə sürücü avtomobilin qapılarını bağlayaraq, nə yerə düşüb, nə də sənədlərini təqdim edib. Uzun mübahisələr, sürücü ilə danışıqlar fayda verməyib. Nəticədə ətrafdakılar da hadisə yerinə toplaşıb, yol, demək olar ki, bağlanıb. Sürücünün bu davranışından təngə gələn polislər onu hədələməyə, təhqir etməyə başlayıblar. Lakin bu da nəticə verməyib.

Sonradan avtomobilin qapıları “atvyorka” ilə açılıb və sürücü polis bölməsinə aparılıb.

Hadisə şahidlərinin göndərdikləri videonu təqdim edirik: