backend

Koronavirus ən çox bu ölkədən gətirilən Azərbaycan vətəndaşlarında aşkarlanır



"Son dövrlərdə xaricdən gətirilən Azərbaycan vətəndaşlarından daha çox Rusiyadan gətirilən şəxslərdə koronavirus aşkarlanır".

Yenisabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:

"Təxminın Rusiyadan gətirilənlərin 18-20 faizi koronavirusa yoluxmuş olur. Aprelin sonu mayın əvvəlində Rusiyadan gətirilən 540 nəfərdən 10-a yaxınında virus aşkarlanmışdı".

XİN sözçüsü Leyla Abdullayeva deyib ki, yaxın günlərdə Ukraynadan Azərbaycan vətəndaşlarının gətirilməsi nəzərdə tutulur. /Qafqazinfo