backend

Gədəbəydə kütləvi dava: Dostlar əvvəlcədən plan qurublar – FOTO

Gədəbəydə kütləvi dava: Dostlar əvvəlcədən plan qurublar – FOTO






















Onlar Alıyevi vəhşicəsinə döyüb, evin 20 metrliyinə atıblar.

Gədəbəydə kütləvi dava baş verib, xəsarət alan var. Dava zamanı bir nəfər ölümcül yaralanıb. Hazırda polis iştirakçıların saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirir.

qaynarxett.az Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə Gədəbəy rayonunun Dəyirmandağ kəndi ərazisində qeydə alınıb. Qanlı münaqişə zamanı Düzyurd kənd sakini 23 yaşlı Elşən Alıyev ağır bədən xəsarətləri alıb. Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

“Xəstə bizim şöbəyə gətirilərkən bədəninin müxtəlif nahiyələrində xəsarətlər vardı. İlkin tibbi yardım göstərilib. Hazırda müayinə və müalicələr davam etdirilir. Səhhətindən asılı olaraq sonrakı müalicə üçün reanimasiya şöbəsinə köçürülməsi planlaşdırılır”, - həkim Mehman Hüseynov bildirib.

Zərərçəkənin atası Valeh Alıyevin sözlərinə görə, oğlu həmyerliləri Tural Allahverdiyev, Vüqar Abdullayev və Ruslan adlı şəxs tərəfindən döyülüb.

Bunun üçün dostlar əvvəlcədən plan qurublar. Məqsədləri isə onu öldürmək olub.

“Oğlumu Tural Allahverdiyev, Vüqar Abdullayev və Ruslan adlı şəxs gəlib maşınla evdən aparıblar. Dəyirmandağı kəndində isə onu ölümcül döyüblər. Sonra isə gətirib evimizin 20 metrliyinə atıb gediblər. Planları ancaq öldürmək olub”, - zərərçəkənin atası Valeh Alıyev bildirib.

Faktla bağlı araşdırma aparılır. Hazırda Gədəbəy polisi kütləvi davanın iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Gədəbəydə kütləvi dava: Dostlar əvvəlcədən plan qurublar – FOTO