backend

Polis AXCP-nin daha bir üzvünü saxlayıb



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadə (Bakuvi) mayın 16-da mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Reyting.az-ın məlumatına görə, AXCP-dən bildirilib ki, fəal uşağını həkimə apararkən "Elmlər Akademiyası" metrostansiyanın yaxınlığında saxlanılıb. Öncə bir naməlum şəxs ona yaxınlaşaraq “məni tanımadın?” soruşub. Sonra mülki geyimli 4 nəfər uşağın gözü önündə onu maşına oturdaraq naməlum istiqmətə aparıb.

DİN-dən şərh almaq mümkün olmayıb. Ancaq şübhə yoxdur ki, məhkəmə onu polisə müqavimətə görə 30 sutka həbs edəcək.(Mənbə: Turan)