backend

Toy etmək istəyənlərə TƏBİB-dən AÇIQLAMA - SON DƏQİQƏ!



Ötən gün Operativ Qərargahın keçirdiyi brifinqdə çıxış edən TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlının toyların sentyabrda keçiriləcəyi ilə bağlı fikirlər səsləndirdiyi ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az- a özəl müsahibəsində məsələyə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva aydınlıq gətirib.
"Təbib rəsmisi Ramin Bayramlı dünən keçirilən brifinqdə toyların keçirilməsinə sentyabrda icazə veriləcəyi ilə bağlı fikirlər səsləndirməyib.

Rəvanə Əliyevanın bildirib ki, bu məsələ ilə bağlı tam əmin olmaq üçün istəyən dünən keçirilən brifinqi açıb yenidən izləyə bilər.

''Bu fikirlər düzgün deyil. Saytlarda gedən məlumat brifinqdə səsləndirilməyib"

Qeyd edək ki, ötən gün operativ qərargahın brifinqində TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı bildirib ki, ''karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq”.