Azərbaycanda oynamış futbolçu ən bahalı transferlər sırasında

İdman 19-05-2020, 12:53


Ukraynanın ən bahalı 10 futbolçusunun transferinin siyahısı dərc edilib.

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, "Transfermarkt" portalındakı məlumatlara əsasən, oyunçuların bütün transferinin ümumi qiymətinin cəmi əsasında siyahı hazırlanıb.

Siyahıda ötən ay "Sabah"dan ayrılan və karyerasını başa vuran Marko Deviç də yer alıb. Ona 5 transferə görə ("Volın" - 150 min avro, "Metallist- 175 min avro , "Şaxtyor" Donetsk - 5 milyon avro, "Rubin" - 5 milyon avro, "Əl-Rayyan - 1 milyon avro) 11.33 milyon avro ödənilib. 2018/2019 və 2019/2020 mövsümündə "Sabah"a azad agent kimi keçən Deviç ümumi qiyməti ilə 10-ci pillədə qərarlaşıb.

Ukrayna futbolunun ən bahalı 10 transferi

1. Andrey Şevçenko - 2 transfer üçün 67.78 milyon avro

2. Andrey Yarmolenko - 3 transfer üçün 45.25 milyon avro

3. Dmitri Çiqrinski - 2 transfer üçün 40 milyon avro

4. Anatoli Timoşuk - 3 transfer üçün 25.63 milyon avro

5. Sergey Rebrov - 2 transfer üçün 18.7 milyon avro

6. Aleksandr Əliyev - 3 transfer üçün 16.3 milyon avro

7. Ruslan Malinovski - 2 transfer üçün 15.7 milyon avro

8. Yevgeni Konoplyanka - 2 transfer üçün 14 milyon avro

9. Marlos - 2 transfer üçün 12 milyon avro

10. Marko Deviç - 5 transfer üçün 11.33 milyon avro
Oxunub: 888
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


ILK-10