backend

BƏLKƏ HAQQ, ƏDALƏT ÖZ YERİNİ TUTA - Məktəb direktoru fəryad edir...




Qaynarxett.az saytına Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbin direktoru İngilis Tağıyev tərəfindən şikayət məktubu daxil olmuşdur. Şikayətci bildirir ki, Qaradaglı kənd tam məktəbi 1993-cü ildən Beyləqan rayonunun Yuxarı-aran qəsəbəsində yerləşib. 2019-cu ildə prezidentin göstərişi ilə Xocavənd rayonundan olan qaçqınlar üçün 146 ailəlik qəsəbə salınıb və onun daxilində 150 şagirdlik məktəb binası tikilib: ”Nazirliyin göstərişi ilə bizim Qaradağlı kənd tam orta məktəbi müəllim və texniki heyyəti ilə birlikdə həmin binaya köçürüldü. Həmin vaxt iki nəfər texniki işçi Vəliyeva Sara Əli qızı və Məmmədova Aynurə Kamal qızı işə gəlməkdən imtina etdi. Mən onlara 09.09.2019-cu il və 13.09.2019- cu il tarixlərində xəbərdarlıq etdim. Həmin şəxslər işə işə gəlmədilər. Mən 19 saylı əmrlə 09.10.2019-cu il tarixində onları işdən azad etdim. Həmin vaxt 07.09.2019-cu il 17saylıəmrlə sentiyabr ayı əmək haqqı cədvəlində 02.09.2019-30.09.2019 əmək haqları tutuldu. Vəliyev Saranın qaynansı səs-küy salaraq məni şantaj etdirdi ki, gəlninin yerinə onun adı qalmaqla özü işləsin. Bu haqda mən rayon Təhsil şöbəsinə müraciət etdim. Təhsil şöbəsinin müdiri dərhal 07.10.2019-cu il N 166 saylı məktubla polis şöbəsinə müraciət etdi. İddiaçının yaşadığı ünvana əmək kitabçası 23.10.2019 mədaxil qəbzi ilə göndərdim.

Qeyd edim ki, qabaqcadan məktəb Pedoqoji Şurası çağırılıb, 2,3,4 nömrələri ilə pratokollar tərtib olunub. Məktəb Həmkarlar Təşkilatının sədri müəllimə İbrahimova Sevda Qurban qızı iclas çağıraraq müəllim kollektivi qarşısında çıxış edib. İclasın qərarı 02.10.2019N66 məktubla rayon Azərbaycan Təhsil işçiləri Həmkarlar İttifaqı Komitəsinin Xocavənd rayon təşkilatının sədri Ədalət Əliyeva məlumat vermişdir. Buna məhəl qoymayan Vəliyeva Sara Əli qızına 19.09 saylı əmrlə 09.10.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsi iləbağlı əmək müaviləsi bildirişi verilmişdir. Buna da məhəl qoymayan işçinin qaynanasının qohumu olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İmişli Regional Ərazi Şöbəsinin rəisi Şahin müəllim məni İmişli şəhərində yerləşən idarəsinə çağırdı. Mən müəllim yoldaşım Eldəniz Məmmədovla birgə İmişliyə gedib Şahin müəllimlə görüşdük. Bir az çək-çevirdən sonra Şahin müəllim bizdən 2000 manat rüşvət tələb etdi. Ona cavab verərək bildirdim ki, siz qanunsuz hərəkət edirsiniz. Bu barədə mən Respublikanın Baş Nazirinə, Baş prokurora müraciət etdim. Şahin müəllim buna məhəl qoymadan Xocavənd rayon məhkəməsinə şikayət etdi. Məhkəmə şikayətə baxarkən Şahin müəllim mənə zəng edərək bildirdi ki, Əmək qanunvericiliyinin 192.6 maddəsinə əsasən 1500 manat məbləğində cərimə olunmuşam və nə demişdimsə onunla birgə idarəyə gəlməlisən. Mən ona cavab verdim ki, hazırda məhkəmədəyəm sonra gələrəm. Məhkəmə qanunvericiliyin 192.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Respublika Əmək və əhalinin Sosial Müdafiəsi Nazrliyi Müfəttişliyi tərəfindən qəbul edilmiş 20 dekabr 1919-cu il tarixli qərarın icrasına xitam verdi.

Bir müddətdən sonra mənə Şirvan şəhərində yerləşən Apelyasiya Məhkəməsindən bildiriş gəldi. Mən məhkəmədə olarkən orada Şahin müəllimin işçisini gördüm və o, mənə dedi ki, sən Xocavənd məhkəməsinə güvənib elə bildin ki, əlimizdən qurtuldun. Mən ona cavab verdim ki, qanun şahdır, biz hamımız onun qarşısında müntəzirik.

Nə isə... məhkəmə hec beş dəqiqə cəkmədi ədalət hissini itirmiş hakim tələm-tələcik qərarını oxudu. Xocavənd məhkəməsinin qərarı “səhv” cıxdı. Mənə 1500 manat cərimə yenidən bərpa olundu. Narazılıgımı bildirdikdə “Burada qərarı mən verirəm!” deyərək ədası yerə göyə sıgmadı...

Hörmətli redaksiya, Sizdən xahiş edirəm mənim bu şikayətimi ictmailəşdirəsiniz ki, bəlkə aidiyyatı instansiyaların qulagına cata, HAQQ, ƏDALƏT öz yerini tuta!

Qaynarxett.az