backend

QƏBƏLƏDƏ BİR GÜN - Getdik, gördük və yazdıq: DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...


Son vaxtlar Qəbələ rayonu barədə sosial şəbəkədə və bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə bu günlərdə rayonda oldum. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdım. Qeyd edim ki, faktiki olaraq rayonda vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, şəhərdə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Sadəcə zəhmət cəkib Qəbələyə təşrif buyurmaq gərəkdir. Yox, əgər bəzi həmkərlarım özlərinə əziyyət verərək Qəbələyə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

... Bu dəfə Qəbələyə mayın sonlarında, Ramazan bayramı ərəfəsində gəlmişdim. Yağış təzəcə kəsmişdi. Şəhərin mərkəzi parkında təsadüfən hələ Bakıdan tanıdıgım bir tanışımla rastlaşdıq. Xeyli söhbət etdik. Əvvəlcə düşündüm ki, tanışım havanın yağıntılı keçməsindən gileylənəcək. Əksinə o, dedi ki, bu yağış göylərin nemətidir, Qəbələ torpağına xeyir-bərəkət gətirir.

QƏBƏLƏ.  Getdik, gördük və yazdıq: DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Sonra söhbət rayonda baş verən ictimai-siyasi, sosial vəziyyətdən düşdü. Həmsöhbətim bu məqamda ürəkdolusu nikbinliklə dedi:
– Hazırkı bu cətin dönəmdə rayonda bütün sahələrdə sürətli inkişaf, tərəqqi baş verir. Mən bu gün bu torpagın ziyalısı olaraq, özümü xoşbəxt sayıram. Ona görə ki, ətrafımda inkişaf və tərəqqi görürəm. İnsan üçün bundan böyük səadət ola bilərmi?! Hesab edirəm ki, bu uğurların kökündə, ilk növbədə düzgün idarəçilik, xalqla iqtidarın birliyi dayanır. Ən başlıcası, rayon əhalisinin rifahı, güzəranı çox yaxşılaşıb. Qəbələlilərin hər biri icra başcısı Səbuhi Abdullayevdən çox razıdır.

Tanışımla xüdafizləşib rayon icra hakimiyyətinə getdim. Burada qələbəlikidi. Öyrəndim ki, Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrə rayon icra hakimiyyəti tərəfindən bayram sovqatları çatdırılır. Həmçinin sakinlərlə maarifləndirici söhbətlər aparılaraq, xüsusi karantin rejiminin qaydalarına riayət etmələri tövsiyə edilir.

QƏBƏLƏ.  Getdik, gördük və yazdıq: DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Həmin gün rayonda koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi, onun qarşısının alınması məqsədilə sanitar-dezinfeksiya işləri davam etdirilirdı. Rayon ərazisndə 5 çoxmənzilli yaşayış binalarında, həmin binaların girşlərində və həyətlərində, 6 gündəlik tələbat malları mağazasında və ətraflarında, 1 iaşə obyektində və ərazisndə sanitar-profilaktik və dezinfeksiya işləri həyata keçirilmişdir. Həmçinin sakinlərə şəxsi gigiyena qaydalarını gözləmək, insanların sıx toplaşdığı yerlərə getməmək və Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara riayət etmək tövsiyə olunmuşdur.

QƏBƏLƏ.  Getdik, gördük və yazdıq: DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Sonra Vəndam qəsəbəsində oldum. Qeyd etmək yerinə düşər ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Vəndam qəsəbəsində də vəziyyət tam nəzarətdə saxlanılmış, bu iş müvəffəqiyyətlə davam etdirilir. Qəsəbə İcra nümayəndəliyi və bələdiyyə tərəfindən aztəminatlı ailələr, ahıl və tənha yaşayan vətəndaşlar daim diqqət mərkəzindədir. Onların problemləri dinlənilir, müvafiq sosial xidmətlər göstərilir, zəruri ərzaq məhsullarından ibarət yardımlar paylanılır. Əhali ilə maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi onların diqqətinə çatdırılır.

QƏBƏLƏ.  Getdik, gördük və yazdıq: DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Burada da Pamazan sovqatı paylanılırdı. Sakinlər xeyriyyə təbirlərini razılıqla qarşıladılar. Göstərilən diqqətə görə aztəminatlı ailələrin üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.


Qəsəbədə qızgın iş gedirdi. Vəndam bələdiyyəsi öz hesabına qəsəbənin yeni yaşayış massivi "Rüsyan" ərazisində yaşayan əhalinin əsas yollarından biri olan '7 GÖZƏL" şəlaləsinə gedən yol asfaltlaşdırılırdı . Qeyd edək ki, uzunluğu 2.6 km olan yoldan yerli sakinlərlə bərabər ölkəmizin 2-ci turizm mərkəzi olan Qəbələyə gələn qonaqların da rahat gediş- gəlişi təmin olunacaq. Əhali yeni yolu Cümhuriyyət günü və Ramazan bayramına onlara olan ən böyük hədiyyə hesab edir, layihəyə görə Vəndam bələdiyyəsini alqışlayır və ölkəmizdə, eləcə də Qəbələdə gedən davamlı inkişafın tərkib hissəsi hesab edirlər.



QƏBƏLƏ.  Getdik, gördük və yazdıq: DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Hazırda Vəndam qəsəbə icra nümayəndəsi İlham Bağırovin gərgin əməyi və zəhməti sayəsində qəsəbə sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Qeyd etmək yerinə düşər ki, İlham Bağırov bu vəzifəyə təyin olunduğu vaxtdan bəri, qəsəbədə əksər sahələrdə böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Ancaq təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.



Biz qəsəbədə olarkən yazılanlar barədə rəy sorguları apardıq. Müxtəlif səviyyələrdə onlarla vətəndaşla görüşdük, acıq, tərəfsiz sohbətlər apardıq - əsl həqiqəti üzə cııxarmaga calışdıq. Öyrəndik ki, İlham müəllimin səmərəli fəaliyyəti rayon İcra Hakimiyyəti tərəfindən yüksək qiymətləndirilir. Əsl vətənpərvər, yüksək bilikli, təcrübəli, çevik, bacarıqlı idarəetmə qabiliyyətinə malik olan İlham Bağırov ədalətli və prinsipial olduğunu qısa müddətdə əyani göstərib. İstər rəhbərlik, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır.

İlham müəllim bildirdi ki, sosial şəbəkələrdə haqqında yayılanlar həqiqətə uyğun deyildir. Tamamilə şər-böhtandan ibarət şantaj xarakterlidir. Bu adam elə bil hec Vəndamda olmayıb. Əslində o yazıya görə biz onu məhkməyə də verəmişdik. Gəlinb üzrxahlıq elədi, bagışlanmasını rica etdi. Ağlını itirmişlərin ağıla gələcəyinə ümid edib, bu yolu tutmuruq.


QƏBƏLƏ.  Getdik, gördük və yazdıq: DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...
QƏBƏLƏ.  Getdik, gördük və yazdıq: DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Bəli, Qəbələdən olan bir sakin Vəndam qəsəbəsinin İcra nümayəndəsi və bələdiyyəsi haqda xoşagəlməz məqalələr dərc etmişdi. Guya "Qəbələ rayon Vəndam qəsəbəsindəki qəbirsanlıqda yerlər satılıb". Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Qəbələ rayonu Vəndam qəsəbəsi İcra nümayəndəsi və bələdiyyəsi ilə bağlı məqalə dərc etdirən bəzi şəxlər hansısa qruplaşmanın “muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, “muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa, ...Heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edənlər bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.

Sonra həmin sakin bunun sifariş olduğunu və bu iddeanın tamami ilə yanlış olduğunu bildirdi.


Sonda dostlarımız olan bəzi KİV nümayəndələrinə də xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədə yazdırırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insanlara qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Qəbələ ictimaiyyəti tərəfindən ikrahla qarşılanır.

Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Qəbələ rayonunu, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...


A. Qasımova,
Qaynarxett.az