“Niyə məşhurlar ölmürlər?“ - Nura Suri Bəhram Bağırzadənin koronavirusa yoluxmasından yazdı

Şou-Biznes 7-06-2020, 16:42



Müğənni Nura Suri aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirusa yoluxması haqqında yazıb.
Yenisabah.az xəbər verir ki, müğənni məşhurlar arasında koronavirusa yoluxanlardan ölənlərin olmamasını vurğulayıb. 
Nura Suri bunu təəccüblə qarşıladığını və həkimlərə müraciət edərək bunun niyə belə olmasına cavab axtardığını izləyicilərlə bölüşüb:
“Bütün dünyada pandemiya başlayan dövrdə xəstəliyə yoluxan məşhurlar sağalıblar. Bu necə olur? Rusiyada Lev Leşenkadan (yaşından xəbərdarsınız) tutmuş, Hollivudun Tom Henksi (yaşı məlumdur), deyirlər, Bəhram Bağırzadə də xəstələnib və vəziyyəti stabildir (maska taxırdı).
Biri mənə başa salsın bu virus ölümcüldür ya yox? Niyə məşhurlar xəstələnib, ölmürlər? Hamısı xəstələnib sağalırlar. Emin Ağalarov hər gün izləyicilərini canlı ifaları ilə sevindirir. Deyirlər ki, o da xəstələnib, sağalıb. Bəs, bu xəstəlik səsinə təsir etməyib? Dostluğumda həkim varsa, yazıb başa salsınlar”.

Açar sözlər

Oxunub: 1 412
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10