backend

BAĞLANMIŞ BANKLARIN ƏMANƏTÇİLƏRİNƏ YENİ “SÜRPRİZ” - Yatırımlarını ala bilmirlər




Məlum olduğu kimi, ölkədə pandemiyanın hökm etdiyi bir dövrdə Mərkəzi Bank 4 bankın bağlanmasına dair qərar verib. Həmin qərar əmanətçilərin və sözügedən bankların çoxsaylı kollektivlərinin böyük narazılığına səbəb olsa da, artıq onıların lisenziyaları ləğv olunub. Bununla yanaşı, lisenziyası ləğv edilmiş “AtaBank”, “Amrahbank”, “NBC Bank” və “AGBank”-ın qorunan əmanətçilərinə kompensasiya ödəniləcəyi bəyan edilib. Artıq AtaBank və Amrahbankın əmanətçiləri kompensasiya almağa başlayıblar.
“AzPolitika.info” xəbər verir ki, sığortalanmış əmanətlərin qaytarılması prosesi başlasa da, bir çox əmanətçilər sözügedən bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun yeni “sürprizi” ilə qarşılaşıb. Belə ki, “Marja”-nın məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu bəzi əmanətlərə sonradan edilmiş yatırımlara görə kompensasiya ödəmir. 

Buna səbəb olaraq, əmanətin qorunan olması üçün, əmanət müqaviləsinin bağlanıldığı tarixdə və yatırımın edildiyi tarixdə Fondun müəyyən etdiyi illik faiz dərəcəsinin yuxarı həddinin fərqli olması göstərilir. Əmanət müqaviləsi bağlanan vaxt əmanətin faizi Fondun həddindən aşağı olmasına baxmayaraq, sonradan yatırım edilən zaman əmanətin faizi Fondun müəyyən etdiyi həddən yuxarı olarsa yatırımlar sığortasız hesab edilir.
Bakı şəhər sakini Kudelin Oleq bildirib ki, 2018-ci ilin sentyabr ayında “Amrahbank”ın Binəqədi filialında 3 illik sığorta müqaviləsi imzalayıb: “Həmin vaxt Əmanətlərin Sığortalanması Fondunun illik faiz dərəcəsinin yuxarı həddi 15% idi, mən isə 13% iləəmanət müqaviləsi imzalamışam. Yəni mənim əmanətim tam sığortalı hesab olunur. Müqavilənin şərtlərinə görəəmanət müddətinin yarısınadək olan dövrdə hər ay əmanətin 2 mislini keçməmək şərtilə yatırım edə bilərdim. 01 İyul 2019-cu il tarixindən müqavilənin şərtlərinəəsasən illik 13%-lə yerləşdirdiyim əmanətimə yatırımlar etmişəm. İndi Əmanətlərin Sığortalanması Fondu mənim yatırımlarımı sığortasız hesab edir. Buna səbəb olaraq yatırım etdiyim zaman Fondun illik faiz dərəcəsinin yuxarı həddinin 10% olmasını göstərilir. Fondun bu hərəkəti doğru deyil. Mən yeni əmanət hesabı açmamışam ki, yatırımlarım sığortasız hesab edilsin?! Müqaviləyəəsasəəmanətimə yatırımlar etmişəm, ötən müddəərzində qorunan əmanətin faizinin 15%-dən 10%-ə düşməsinin yatırılmara şamil edilməsinin əsası yoxdur. Fond bizə cavabında bildirib ki, məhkəməyə müraciət edin və məhkəmə bizi haqlı hesab etsə yatırımlara görə də kompensasiya ödəniləcəkdir. Başa düşə bilmirəm, vətəndaş nə üçün incidilməlidir?!. Mənim kimi yüzlərləəmanətçilər narazıdır”.
NBC Bankın əmanətçisi də eyni vəziyyətlə üzləşib: “Mən NBC Bankın əmanətçisiyəm və bu banka 12,5% gəlirlilikləəmanət yerləşdirmişəm. Müqavilənin şərtlərinə görə, 4 ay əlavə yatırımlar edilə bilərdi. Bank bağlandıqdan sonra Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ilk yatırdığınız əmanət sığortalı hesab edilir, sonradan etdiyiniz yatırımlar sığortasızdır. Çünki, mən müqavilə bağladıqdan sonra Fond qorunan əmanət faizində dəyişiklik edib, 15%-dən 10%-ə endirilib. Mənim bu dəyişiklikdən xəbərim olmayıb. İndi Əmanətlərin Sığortalanması Fondu mənim və mənim kimi müştərilərin yatırımlarını sığortasız hesab edir”.
Əmanətlərin Sığortalanması Fondunun şərtinə görə, cəlb edildiyi günə Fondun müəyyən etdiyi həddən yuxarı illik faiz dərəcəsilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlər hesab edilir. Hazırda Fondun müəyyən etdiyi hədd 12%-dir. Bu gün 12%-dək faizlər ilə bağlanmış manat əmanət müqaviləsi sığortalı hesab edilir. Fondun iddiasına görə, məsələn, bu gün 11%-lə bağladığınız əmanət müqaviləsi üzrə sonradan əmanətinizə yatırımlar etsəniz və yatırım etdiyiniz gün də Fondun müəyyən etdiyi faiz 10%-ə düşmüş olsa yatırımlarınız sığortasız hesab ediləcəkdir.
Əmanətçilər Əmanətlərin Sığortalanması Fondunun bu addımından yuxarı instansiyalara şikayət etmək niyyətindədirlər. Onu da qeyd edək ki, ümumiyyətlə bu fond Azərbaycanda vətəndaşların ən çox şikayət etdikləri qurumlardan biridir.