backend

Acunla görüşmək üçün mühafizəçini bıçaqladı

Acunla görüşmək üçün mühafizəçini bıçaqladı






















Mühafizəçi Acunun binada olmadığını bildirib.

“Habertürk” binasında bıçaqlanma hadisəsi qeydə alınıb.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbulda “Habertürk”ün binasına gələn naməlum şəxs Acun İlicalı ilə görüşmək istəyib, mühafizəçi Mehmet Durmuş Acunun binada olmadığını bildirib. Bu zaman mübahisə düşüb. Naməlum şəxs Acunu gözləyəcəyini deyib, mübahisə böyüyüb. Mehmet Durmuş şübhəli şəxsi binadan uzaqlaşdırmağa çalışıb, həmin şəxs mühafizəçini qarın nahiyəsindən bıçaqlayıb.

Digər mühafizəçilər hadisə yerinə gəlib, həmin şəxsi polis saxlayıb. Yaralanan Mehmet Durmuş xəstəxanaya yerləşdirilib.