backend

Azərbaycanda 45 yaşlı kişi özünü yandırdı, xəstəxanada öldü




Cəlilabadda 45 yaşlı kişi özünü yandıraraq inthar edib.
Qaynarxett.az xəbər verir ki, rayon sakini 1975-ci il təvəllüdlü Həsənov Vüqar Azadxan oğlu özünü yandırıb.
Ağır yanıq xəsarətləri alan V.Həsənov ilk öncə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda 5 saylı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo