backend

Əlikram Bayramov ferma açıb - Video




"Şou ATV" verilişinin qonağı olan Əlikram Bayramov mart ayından bəri Biləsuvar rayonunda olduğunu və təsərrüfat işləri ilə məşğul olduğunu deyib.
Yenisabah.az xəbər verir ki, sənətçi Biləsuvarda ferma açmasında bəhs edib:
"Martdan bu yana Biləsuvara getmişəm. Orada qalırdım. Ot biçir, mal-qara saxlayırdım. Orada fermam var. Dörd inək, dörd balası. 30-dan çox toyuğum var. Taxıl, üzüm sahəm var. qardaşımın arvadı baxır".