backend

İmişlidə ekologiyaya cidd ziyan vuran qum karxanası barəsində araşdırma aparılacaq-VİDEO




 BOLGEXEBER.COM və BÖLGƏ TV  “Ekologiyamızı necə qoruyaq” rubrikasına start verib. Rubrikanın mövzusu ekologiyamızın necə qorunması haqdadır. 

 BOLGEXEBER.COM və BÖLGƏ TV  “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində bu dəfə  Saatlı İmişli ,Beyləqan   rayonlarında olublar , çəkilişlər aparıblar. Əməkdaşlarımız  adıçəkilən rayonların ərazilərində fəaliyyət göstərən , sahibkarlara məxsus qum karxanalarında olublar.
Müəyyən olunub ki, ərazidəki əksər müəissələr qanunauyğun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  müəyyən etdiyi normativlərə uyğun fəaliyyət göstərirlər,ekologiyanı pozmurlar və ətraf mühitə  heç bir ziyan vurmurlar.

 Amma əməkdaşlarımız bəzi qum karxanalarının təbiətə ziyan vurmasının şahidi olublar ki, ekologiya  ciddi ziyan vuran qum karxanalardan biri də İmişli rayon  Otuziki kənd ərazisində fəaliyyət göstərən qum karxanasıdır.
BOLGEXEBER.COM və BÖLGƏ TV –nin əməkdaşları bu qum karxanasının ərazində çəkiliş zamanı 5 ədəd yaş yulğun ağacının ağır texnika ilə məhv edilməsinin , 50 -yə yaxın ağacın isə zədələnməsinin  şahidi olublar.

Məsələ ilə bağlı  əməkdaşımız adıçəkilən karxananın mülkiyyətçisi Kamran adlı şəxslə söhbət edib. Sahibkar bildirib ki, onlar qanuni əsasda fəaliyyət   göstəririlər və onalrın  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədi var.
Əlbəttə sahibkarın ərazidə fəaliyyət göstərməsi üçün sənədi ola bilər, amma  bu ona əsas vermir ki, o rahatca  kütləvi surətdə qanunsuz olaraq ağacları məhv edə bilər.

Əməkdaşlarımız həmçinin  Ekologiya və Təbii Sərvətlər Nazirliynin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli ilə əlaqə saxlayıb.Kənan Kərimli müxbirimizə açıqlamasında bildirdi ki:”Artıq məsələ nəzarətimizə götürülüb . Tək bu  deyil ,digər  qum karxanaları var ki,onlar barəsində lazımi tədbirlər görüləcək və görülüb.
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən  ekologiyanı pozanlara, yaşıllığı məhv edənlərə qarşı qanuna uyğun tədbirlər görülür,həmin karxanalar cərimələnir.Biz mütəmadi olaraq reydlər aparırıq və bundan sonra da reydləri davam etdirəcəyik”.
***
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən yeni məlumata görə İmişlidə ekologiyaya  ziyan qum karxanası artıq nəzarətə götürülüb və onun barəsində  ETSN tərəfindən araşdırma aparılaraq tədbir görüləcək.









QAYNARXETT.AZ