backend

Azərbaycanda akademik virusa yoluxdu




Məşhur professor, "Urologiya Mərkəzi" klinikasının sahibi Kamal Abdullaev koronavirusa yoluxub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə virtualaz.org-a səhiyyə sektorundakı məlumatlı mənbələrdən xəbər verilib.
Məlumata görə, 80 yaşlı professor virusdan müalicəsini davam etdirir.
Qeyd edək ki, Kamal Abdullayev Azərbaycanın ən məşhur uroloqlarından biridir. Uzun müddət ölkənin baş uşaq uroloqu, eyni zamanda Səhiyyə Nazirliyinin baş uroloqu olub.
Professor Kamal Abdullayev 4 monoqrafiyanın və 200-dən çox elmi məqalənin müəllifidir.